Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabah şagirdlər arasında fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək

    

Sabah - iyunun 3-də ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək

Yenixeber.org: Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən xəbərə görə, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.
IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi paytaxt üzrə 9 mərkəzdə (26, 32, 114, 138, 139,189-190, 211, 271, 276 nömrəli tam orta məktəblər) təşkil olunacaq. Birinci mərhələdə Bakı şəhəri ümumi təhsil müəssisələrindən Azərbaycan bölməsi üzrə 5 571, rus bölməsi üzrə 1 007 nəfər şagird olmaqla, ümumilikdə, 6 580 nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulur.
İki mərhələdən ibarət olan fənn müsabiqələrinin birinci mərhələsində şagirdlərə ancaq məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan suallar təqdim olunacaq.
Fənn müsabiqələrinin I mərhələsində yüksək nəticə göstərən şagirdlər növbəti turda seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər.
Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, qaliblər mükafatlandırılacaqlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam