Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Rusiyada erməni təxribatının qarşısı alınıb:FOTO

Moskvanın Azərbaycan İcması, Rusiya-Azərbaycan Gənclər təşkilatı və digər diaspor qurumları erməni diasporunun Azərbaycana qarşı təxribat hazırlığı ilə bağlı müvafiq dövlət strukturlarına müraciət edib.

Yenixeber.org: Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı bu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, soydaşlarımız ermənilərin təxribatının qarşısını alıb.

Sosial şəbəkələrdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin  erməni tələbə təşkilatının, mayın 7-də “Şuşanın azad olunması günü” münasibətilə qondarma “Qarabağ fədailəri” ilə görüş keçirdikləri haqqında məlumatın yayılması Rusiyada yaşayan soydaşlarımızda hiddət doğurub.

Həmin məlumatlarda Moskva Dövlət Universiteti kimi mötəbər ali məktəbin həmin tədbirin tərəf müqabili, həmtəşkilatçısı kimi təqdim olunması Azərbaycanın Rusiyadakı səfirliyini də narahat edib. Bununla əlaqədar olaraq, səfirlik MDU-nun rəhbərliyinə müraciət edib. Universitetdən verilən məlumatda birmənalı şəkildə həmin hadisəyə aidiyyətlərinin olmadığı və bu cür tədbirlərin ali məktəbin divarları daxilində keçirilməsinin, ümumiyyətlə, yolverilməz olduğu bildirilib. Eyni zamanda, səfirliyin həmin məsələyə dair narahatlığını nəzərə alan universitet rəhbərliyi tədbir təşkilatçıları ilə söhbət aparıb və nəticədə informasiya sosial şəbəkələrdən yığışdırılıb.

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlı icmanın üzvlərinə bu cür həssas məsələlərlə bağlı vətəndaş mövqeyi nümayiş etdirdiklərinə görə təşəkkürünü bildirib. (Redaktor.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam