Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Bakının Baş Planının hazırlanması yeni yanaşmalar tələb edir"

Məsləhətçi şirkətin rəhbəri: "Məqsədimiz Bakının Baş Planının hazırlanması işində müxtəlif uğurlu nəticələri tətbiq etməkdir".

Yenixeber.org: Bunu Bakının Baş Planının hazırlayan “AS+P” beynəlxalq şirkətinin icraçı direktoru Yoaxim Şares bu gün Bakıda Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Bakının şəhərsalma inkişafına həsr olunmuş plenumunda çıxışı zamanı bildirib.

Şirkət rəsmisi qeyd edib ki, son 20 ildə şəhər əhalisi 26% artıb: "Baş Planın hazırlanmasında çətinliklər və həlli vacib məsələlər var. Onları həll etmək mümkündür. Hökumət səviyyəsində şəhərin inkişafına resurslar cəlb edilib. Yenə də müxtəlif problemlərlə üzləşirik".

Onun sözlərinə görə, hündürmərtəbəli binaların tikintisi, müxtəlif ərazilərin zəbt edilməsi yeni yanaşmalar tələb edir: "Bu proseslər şəhərin sosial və arxitektura nümunələrinə mənfi təsir göstərir. Bu gün Baş Planın hazırlanmasında şəhərin çirklənməsi ilə bağlı problemləri də düşünməliyik. Baş Planın hazırlanmasında BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olan Dayanıqlı İnkişaf Konsepsiyasının tətbiqi çox vacibdir".

Yoaxim Şares əlavə edib ki, Baş Planın hazırlanmasında “AS+P” şirkəti Dövlət Layihə İnstitutu ilə birgə çalışacaq. "Həmçinin, beynəlxalq şirkətlər də kənardan dəstək göstərəcəklər", - Yoaxim Şares bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam