Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

London 7 nöqtədən işğal olundu -Polis və hökumət TƏŞVİŞDƏ /FOTOLAR

  • London 7 nöqtədən işğal olundu - Polis və hökumət TƏŞVİŞDƏ

İngiltərənin paytaxtı Londonda ətraf mühitin qorunması təşəbbüskarı olan “Extinction Rebellion” qrupunun təşkil etdiyi etiraz aksiyaları 5-ci günündə davam edir.

Yenixeber.org:Məlumata görə, şəhərin 7 fərqli nöqtəsini, sanki işğal edən nümayişçilərə polis sərt şəkildə müdaxilə edir.

Qarşıdurmalarda polis tərəfindən həbs edilənlərin sayı 682-yə çatıb. Həbs olunanlar polisin nümayişləri vahid nöqtədə keçirməsi əmrini pozanlardır.

İngiltərə təhlükəsizlik qüvvələri bu gün 100-dən çox polislə işğal hərəkatının davam etdiyi “Oxford Circus”da əməliyyat keçirib. Bu zaman nümayişçilərin özlərini bir-birilərinə və yerə yapışdırdıqları məlum olub. Polis bu nümayişçiləri mühasirəyə alarkən yüzlərlə şəhər sakini də polisi mühasirəyə alıb.

Qeyd edək ki, Londonda “Marble Arch”, “Oxford Circus”, “Piccadilly Circus” və “Waterloo Körpüsü” bölgələri nümayişçilərin işğalı altındadır.

Etirazçılar İngiltərə hökumətindən iqlim və ekoloji fövqəladə vəziyyət elan etməsini, 2025-ci ilə qədər zəhərli qazların emissiyalarının sıfıra endirilməsini və iqlim dəyişikliyi ilə mübarizə qərarları vermək üçün xalq məclisləri qurulmasını tələb edir. (publika.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam