Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkədə hərbi çevriliş oldu:Prezident həbs olunub - (Yenilənib)

 

Sudanda hərbi çevriliş: Prezident həbs olundu - (Yenilənib)
Sudanda çevriliş edən hərbçilər prezident Ömər əl-Bəşiri həbs ediblər.

Yenixeber.org: "Al Hadath” telekanalı xəbər verir ki, hərbçilər həmçinin, prezident qvardiyasının rəhbərini, sabiq müdafiə naziri Abdul Rəhim Hüseyni, hakim “Milli konqress” partiyanın sədri Əhməd Harunu və Sudanın sabiq vitse-prezidenti Əli Osman Tahanı da həbs ediblər.
***
Sudanda ordu hərbi çevriliş edərək hakimiyyəti ələ keçirib.

Bu barədə ilk məlumatı “Al Hadath” telekanalı yayıb. Bildirilir ki, dövlət teleradio şirkətinin binasını ələ keçirən yüksək rütbəli hərbçilər prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinə xitam verildiyini və hökumətin buraxıldığını elan edib.

Sudanın bir sıra keçmiş və hazırkı məmurları da hərbçilər tərəfindən həbs ediliblər. Həmçinin, ordu prezident iqamətgahını da zirehli texnikalarla mühasirəyə alıb. Paytaxt Xartumun bütün küçələrinə hərbçilər nəzarət edir. Şəhərin bir çox rayonları mühasirəyə alınıb. Ordu sakinlərə evlərini tərk etməməyi tapşırıb.

Telekanal bildirib ki, ordu ölkəni 1 il müddətinə idarə etmək üçün müvəqqəti keçid hökuməti – Hərbi Şura yaradacaq.

Qeyd edək ki, 75 yaşlı Ömər əl-Bəşir 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir. 2018-ci ilin dekabrından əhali onun istefası tələbi ilə etiraz aksiyalarına başlayıb. Buna səbəb, hökumətin ərzaq qiymətlərini qaldırması, vergilərin artırılması və ölkədə yanacaq qıtlığının yaranmasıdır. Etirazlar fonunda Əl-Bəşir 2019-cu ilin fevralında Sudanda 1 illik fövqəladə vəziyyət rejimi elan etdiyini açıqlayıb. Onun sözlərinə görə, belə rejim ölkəni böhrandan çıxarmaq üçün mühüm iqtisadi islahatların keçirilməsi və vəziyyətin sabitləşməsi üçün vacibdir.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam