Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fövqəladə hadisələrdə 96 nəfər ölüb

 

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2015-cü ilin I yarısında respublikada baş verən təbii və texnogen hadisələrin statistikasını açıqlayıb.

"Xeberinfo.com":   FHN-dən APA-ya verilən məlumata görə, 2015-ci ilin 6 ayı ərzində respublika ərazisində 20 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 5% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq, 5488 çıxış edilib. Yanğın hadisələri zamanı 43 nəfər həlak olub, 105 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 12 nəfər və ya 39%, xəsarət alanlar üzrə 45 nəfər və ya 75% çoxdur.

2015-ci ilin ilk yarımilliyi ərzində respublika ərazisində 5581 təbii və texnogen mənşəli hadisə baş verib, bu isə da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 736 hadisə və ya 15% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 125 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 76 nəfər xilas edilib, 517 nəfər təxliyə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam