Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

ABŞ-dakı Hayastan Fondu Paşinyandan imtina etdi

 

 

Hayastan Ümumerməni Fondunun builki telemarafonu baş tutmaya bilər.

Yenixeber.org: Bu məlumatı “Jamanak” qəzeti yayıb.

“Fondun Los-Ancelesdəki ən böyük ofisinin işi iflic olub. Belə ki, fondun bir sıra əsas şəxsləri ofisi tərk etmək istədiklərini və Ermənistanın yeni hökumətiylə işləmək istəmədiklərini bildiriblər. Hazırda buna görə telemarafonun keçirilməsinə hazırlıq aparılmır.

Belə görüntü yaranır ki, Ermənistanın yeni hökuməti də Hayastan Fondundan imtina edib və onu Mənim Addımım, eləcə də Təbəssümlər Şəhəri fondları ilə əvəz etməyə çalışır. Anna Akopyanın Amerika səfəri göstərdi ki, bu fondlara inam elə də yüksək deyil. Bu fondlara vəd edilən məbləğ 1 milyon dollardır, əslində isə toplanacaq məbləğ daha az olacaq”, – deyə qəzet bildirib.

Qeyd edək ki, Hayastan Fondu 1992-ci ildə Levon Ter-Petrosyanın əmriylə yaradılıb. Bu təşkilat hər il keçirdiyi telemarafonlarla Ermənistan və Qarabağ üçün vəsait toplamaqla məşğul olur.

Hayastan Fondunun keçən il Los-Ancelesdə keçirdiyi illik telemarafon Ermənistanda söz-söhbətin yaranmasına səbəb olub. Belə ki, keçənilki tədbirdə Rusiyadakı diaspor nümayəndələrindən heç bir ianə verilməyib. Ən böyük ianələr İran, Avropa və ABŞ-dakı diaspor nümayəndələri tərəfindən bağışlanıb. Nəticədə keçənilki telemarafonda 10 ilin ikinci ən aşağı maliyyə yardımı toplanılıb.

Ümumilikdə 12 il ərzində telemarafonda 220 milyon toplanıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam