Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Bəşiri tanıyanlar bilir ki, ölkəni məhv edər, amma hakimiyyəti verməz...”-"Vanqerin ordusu"nu daha bir ölkədə görüblər

 

Sudanın paytaxtı Xartumda rusdilli muzdlular görünüb və bu da Qərbdə narahatlıq yaradıb ki, Kreml bu ölkənin avtoritar rejiminin başçısı Ömər əl-Bəşirin hakimiyyətini möhkəmləndirmək üçün səylər göstərir.

Yenixeber.org: Bu haqda “The Times” qəzetinin məqaləsində deyilir.

Xartumda rusdilli muzdlulara dair məlumat və fotoşəkillər Sudanda güclü anti-hökumət nümayişlərinin başladığı bir vaxtda yayılıb. Qəzet yazır ki, Ömər əl-Bəşir 30 il əvvəl hakimiyyəti ələ keçirəndən bu yana ən ciddi təhdidlə üzləşib.

 

Müxalifətdəki mənbələrin bildirdiyinə görə Rusiyanın özəl hərbi şirkətinin, yaxud “Vaqnerin ordusu”nun muzdlular hazırda Sudanda fəallaşıblar. Onlar kəşfiyyat və təhlükəsizlik qüvvələrinə strateji və praktiki təlimlər keçirlər.

Qonşu Mərkəzi Afrika Respublikasında “Vaqnerin ordusu”nun muzdlularının yerləşdirildiyi artıq məlumdur. Ötən ilin iyul ayında onların fəaliyyətini araşdırmaq üçün gedən üç rusiyalı jurnalist, o cümlədən Orxan Camal öldürülüb.

İndi isə vaqnerçiləri Sudanda görüblər. Yayılmış fotoşəkillərə əsasən Xartumdakı antihökumət nümayişlərini izləyən və yük maşınlarında harasa gedən onlarla hərbi geyimli ağdərili görünür.

Rusiya iki dəfə Ömər əl-Bəşiri qəbul edib və Sudan prezidenti Kremlin Afrikada təsirini genişləndirmək ambisiyalarına kömək etməyə razılaşıb.Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən soyqırıma görə qiyabi məhkum edilən və beynəlxalq axtarışa verilən Bəşirin güclü müttəfiqlərə ehtiyacı var. Çünki o getdikcə daha çox təcrid olunur. Təsadüfi deyil ki, ötən ay Sudan prezidenti Suriya diktatoru Bəşər Əsədlə görüşüb. Beynəlxalq mətbuat bu görüşü “soyqırım sammiti” adlandırmışdı.

Qəzetin yazdığına görə belə şübhələr var ki, Sudan lideri də Bəşər Əsəd kimi hakimiyyətdən getməkdənsə və Beynəlxalq Cinayət Məhkəməsinə təslim olmaqdansa ölkəsini vətəndaş müharibəsinə sürükləməyi daha üstün tutur.

“Bəşiri tanıyan hər kəs bilir ki, o heç vaxt döyüşsüz təslim olmaz. Əgər prosesdə ona ölkəni məhv etmək lazım gələcəkdə belə də edəcək. Onun getməyə yeri, itirməyə heç nəyi yoxdur”-adının çəkilməməsini istəyən analitiklər “The Times”ə belə deyib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam