Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Diqlas”dan 86 sahibkarın malı çıxarıldı-proses davam edir

 

Yanğın baş verən “Diqlas” ticarət mərkəzindən 86 sahibkarın malları artıq çıxarılıb.

Yenixeber.org: Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Hadisə yerində olan S.Məmmədov bildirib ki, artıq 3 gündür köç prosesi başlayıb: “Bildiyiniz kimi, yanğın hadisəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü. Hazırda mallar ticarət mərkəzindən çıxarılır. İndiyə qədər 86 sahibkarın malları çıxarılıb. Hər bir çıxan mal aktlaşdırılır, yararlı mallar akt əsasında sahibkara təqdim olunur, zərər dəymiş mallar isə xüsusi ayrılmış anbara göndərilərək qiyməti dəqiqləşdirilir".

Nazir müavininin sözlərinə görə, malların daşınması üçün bütün qüvvələr səfərbər olunub: "Sahibkarlara nəqliyyat vasitələri ayrılıb və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar ki, mallar tez bir zamanda buradan köçürülsün”.

Ticarət mərkəzinin söküntüsü ilə bağlı qərar isə yaxın vaxtda ictimaiyyətə açıqlanacaq.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam