Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Diqlas"ın rəhbərliyi üzə çıxdı:Bizi tutsaz nə olacaq ki?!

 

Hava limanından birbaşa bura gəlmişəm. Xaricdə əməliyyat olunacaqdım, yarımçıq qoydum. “Diqlas” ticarət mərkəzinin təməli qoyulandan burdayam. Bura öz övladım kimi baxıram. Həyat elə gətirdi ki, ticarət mərkəzi iki hissəyə bölündü. Mən bu ticarət mərkəzinin bir hissəsini idarə edirəm. Hazırda obyektin qiyməti 25 milyon manatdır. Fəaliyyətim dövründə heç bir sahibkarı incitməmişəm. Məni və Rasimi tutsalar, nə olacaq ki?! Ona görə biz müzakirə etməliyik.

Yenixeber.org: Bunu yanan “Diqlas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov sahibkarlarla görüşündə deyib.

A.Rəhimov deyib ki, ticarət mərkəzinin tezliklə təmir olunmasını vacib sayıb:

“Bu, mənim təklifimdir. Obyekt təmir olunsun, sahibkarlar fəaliyyətə başlasınlar, onlardan pul alınmasın. Ürəyim yanmasaydı, bura gəlməzdim, mən də sizinləyəm, zərərçəkmişəm. Orada olan sahibkarların da sığortası yoxdur. Ona görə də düşünüb bu məsələni başqa formada həll etməliyik. Hər kəs haqqını istəyir, dövlətin əleyhinə getmir. Xahiş edirəm, mənə vaxt verin, sahibkarların bəziləri ilə görüşüm, sonra sizə yekun məlumat verim”.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam