Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Rusiyada KRİTİK GÖRÜŞ:Çavuşoğlu Putinlə görüşəcək (YENİLƏNDİ)

 

Rusiyada KRİTİK GÖRÜŞ: Çavuşoğlu Putinlə görüşəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Yenixeber.org: Çavuşoğlu görüş sonrası verdiyi açıqlamada Rusiya ilə əməkdaşlığın artırması istiqamətində yeni yolların axtarılacağını deyib.

Sergey Lavrov da öz növbəsində Rusiya və Türkiyənin hər zaman müzakirə ediləcək məsələlərinin olduğunu dilə gətirib: "İki ölkə arasında gündəmə gətiriləcək və müzakirə ediləcək bir çox məqamlar var. Bu gün ölkələrimiz arasında ticarət, iqtisadiyyat sahəsindəki əlaqələr, humanitar əməkdaşlıq, hərbi-texniki əməkdaşlığı son dərəcə gərgin və fəal şəkildə inkişaf edir".

Çavuşoğlunun bu gün Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcəyinə dair məlumat verilib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda görüşəcəklərinə dair informasiya verilib.

***

Bu gün Moskvada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.

TASS xəbər verir ki, görüşün əsas mövzusu Suriyanın İdlib bölgəsindəki vəziyyət olacaq.

Görüşdə həmçinin suriyalı qaçqınların geri qaytarılması, qarşıdakı yüksək səviyyəli danışıqların gündəliyi, birgə enerji və milli valyutada qarşılıqlı hesablaşmalarla bağlı layihələr müzakirə mövzusu olacaq.

Xatırladaq ki, Çavuşoğlu və Lavrov sonuncu dəfə avqustun 14-də Ankarada görüşüblər.(publika)

Könül


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam