Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Genişmiqyaslı təlimlərin yekun müşavirəsi keçirilib

Genişmiqyaslı təlimlərin yekun müşavirəsi keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirakı ilə genişmiqyaslı təlimlərin yekunlarına dair xidməti müşavirə keçirilib.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində gündüz və gecə vaxtı keçirilən genişmiqyaslı təlimlərin nəticələrini təhlil edərək general-polkovnik Z.Həsənov bildirib ki, qoşunlar gizli şəkildə əsas istiqamətlər üzrə cəmləşərək gecə irimiqyaslı hücum əməliyyatlarını uğurla yerinə yetiriblər.

Müdafiə naziri qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

General-polkovnik Z.Həsənov belə təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam