Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Erməni nazir Poroşenkonu satdı:İyrənclikdir!

 

Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakov Prezident Pyotr Poroşenkonun seçki qərargahı tərəfindən büdcə proqramlarının vəsaitləri hesabına seçicilərin ələ alınması cəhdləri barədə danışıb.

Yenixeber.org: Bu barədə erməni nazir İCTV telekanalında yayımlanan “Söz azadlığı” proqramında çıxış edib.

“İqtidaryönlü komandanın qərargahlarından biri (Pyotr Poroşenkonun komandası nəzərdə tutulur) təbliğatçılar tutur, onlar isə 100 nəfər seçir. Bir qayda olaraq bu şəxslər ən kasıblar sırasından seçilir. Həmin insanların mənzilinə yollanan təşviqatçılar bu şəxslərdən onların təmsil etdiyi namizədi dəstəkləməyə hazır olub-olmadıqlarını soruşurlar. Əgər cavab müsbət olsa, kömək təklif edirlər. Bu insanlar qeyd edilir, sonra siyahı ilə birlikdə rayon şurasına və ya sosial xidmət dairələrini gedirlər. Bu qurumların rəhbərlərinə həmin insanlara 1000 qrivna yardım ayırmaq tapşırılır. Büdcə proqramlarının vəsaitindən istifadə edirlər”, - Avakov bildirib.

Avakovun sözlərinə görə, seçicilərin bu yolla ələ alınması ilə bağlı polisə müraciətlər ölkənin müxtəlif regionlarından, o cümlədən Odessa, Xarkov vilayətlərindən daxil olur. Ən çox şikayət isə Kiyev bölgəsində qeydə alınır.

“Səslərin alınması üçün büdcədən pul ödəmək – inanılmaz bir iyrənclikdir”, - nazir bildirib.

Xatırladaq ki, Avakov Pyotr Poroşenko hökumətinin ən vacib simalarından və prezidentin ən yaxın adamlarından biri sayılır.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam