Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polis azərbaycanlıların bazarlarında axtarış aparır-Moskvada

 

Ötən gücə Moskvada polis əməkdaşları təxminən gecə saat 3-də “Sadovod” bazarında axtarış tədbirlərinə başlayıblar.

Yenixeber.org: TASS agentliyi xəbər verir ki, hazırda polis əməkdaşları “Sadovod”da profilaktik tədbir həyata keçirirlər. Bazar özü normal fəaliyyətini davam etdirir, onu bağlamayıblar.

Öz növbəsində, “Kommersant” yazır ki, FTX, Rosqvardiya və polisin birgə həyata keçirdiyi tədbir axtarışda olan cinayətkarların tapılmasına və müxtəlif qanun pozuntularının profilaktikasına yönəldilib. Qeyri-rəsmi məlumatlara görə, axtarışlar müxtəlif etnik mütəşəkkil cinayətkar qruplaşmaların son zamanlar iştirakçısı olduqları davalara və silahlı qarşıdurmalara cavab olaraq keçirilir.

“İnterfaks” isə bildirir ki, bazarların ərazisində kriptovalyuta fermaları da axtarılır.

“Sadovod” bazarı təsisçilərinin Qod Nisanov və Zarah İliyevin olduqları “Kiyevskaya ploşad” şirkətinə məxsusdur. Bu bazar Rusiyanın ən iri topdan-pərakəndə ticarət mərkəzi kimi tanınır.

Bazarın ümumi sahəsi 40 hektardan çoxdur. Burada səkkiz mindən çox pavilyon fəaliyyət göstərir. Burada alver edənlərin əksəriyyəti azərbaycanlılardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam