Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı iş adamına məxsus bazarda dava

 

Moskvada prezident Vladimir Putinin tələbəlik dostu kimi tanınan azərbaycanlı iş adamı İlham Rəhimova və ortaqlarına məxsus “Sadovod” bazarında atışma ilə müşaiyət olunan kütləvi dava baş verib. 

 

“Xeberinfo.com” virtualaz.org-a istinadən xəbər verir ki, bu gün axşam baş vermiş davada 4 nəfər yaralanıb və xəstəxanaya aparılıb.

Şahidlərin bildirdiyinə görə qarşıdurmada 200-dən çox adam iştirak edib. Onlar dəyənəklərlə və tapançalarla silahlanıb. Atışma səslərindən sonra bir  nəfərin yerdə hərəkətsiz halda uzandığı, onun öldüyünün güman edildiyi bildirilir. İki avtomobil əzilib, bazarın mühafizəçiləri qarşıdurmanı dayandırmaq üçün qapıları bağlayıblar, lakin hasarın çöl tərəfindəki kütlə mühafizəçilərə daş və dəyənəklərlə hücum edib.

Qarşıdurmanı sakitləşdirmək üçün “Sadovod”a bir neçə polis naryadı göndərilib. Polisdən bildirildiyinə görə davanın qarşısı alınıb və 4 nəfər travmatik tapançadan açılan atəşlə xəsarət alıb. İnsidentdə park yeri üstündə mübahisənin səbəb olduğu bildirilir. “Sadovod” bazarında əvvəllər də bu cür kriminal hadisələr-kütləvi dava-dalaş, atışma, soyğunçuluq və s. hallar baş verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam