Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Elmar Məmmədyarov İran prezidenti ilə görüşdü 

       

 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Yenixeber.org: Görüşdə Həsən Ruhani Azərbaycan-İran münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib, Tehranla Bakı arasında əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İki ölkənin əməkdaşlığı nəticəsində önəmli layihələrin icra olunduğunu və Qəzvin-Rəşt dəmir yolunun istismara verildiyini qeyd edən İran prezidenti bildirib ki, Rəşt-Astara dəmir yolu layihəsi də region və iki xalqın mənafeyi üçün önəmli bir addımdır. O, iki ölkənin su bəndi və elektrik stansiyasının tikintisi, eləcə də enerji sahəsində əməkdaşlığını əhəmiyyətli adlandırıb və bu sahədə əldə olunan razılıqların icrası üçün səylərin artırılmasını istəyib. H.Ruhani deyib ki, İran və Azərbaycan regional və beynəlxalq məsələlərdə həmişə sülhün, sabitliyin və hüquqların qorunması prinsipinə sədaqət nümayiş etdirir.

Azərbaycan, İran və Rusiyanın üçtərəfli əməkdaşlığının inkişaf etdirilməsinin də zəruriliyini qeyd edən prezidentin sözlərinə görə, regional əməkdaşlıqların daha da inkişaf etdirilməsi üçün daha çox səy göstərilməlidir.

Öz növbəsində E.Məmmədyarov Azərbaycan və İran arasındakı əlaqələri dostluq və qardaşlıq münasibətləri adlandırıb və bildirib ki, Tehranla Bakı arasında siyasi, iqtisadi, mədəni və ictimai əlaqələrin inkişafında heç bir maneə yoxdur. E.Məmmədyarov müştərək Rəşt-Astara dəmir yolu layihəsini önəmli layihə adlandırıb. Onun sözlərinə görə, bu layihənin icrası ilə Rusiya, Azərbaycan və İranın dəmir yolları birləşəcək, İran Gürcüstan vasitəsilə Qara dənizə çıxış əldə edəcək.(ona.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam