Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Tanınmış jurnalist Natiq Qocaman vəfat etdi

 

 

Yenixeber.org: Mediapress informasiya agentliyinin baş redaktoru, fizika elmləri doktoru, professor Vəli Qocayevin oğlu Natiq Qocayev dünyasını dəyişib.

Bu haqda informasiyanı jurnalistin qohumları bildirib.

N.Qocaman fevralın 1-də axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Mərkəzi Klinik Xəstəxanada o, beyin əməliyyatı keçirib. Natiq Qocamanın beyin kötüyünə, tam mərkəzə maye yığılmışdı. Jurnalistin xanımı Könül Qocayeva həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib. Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın şöbə müdiri Əli Həsənov ölkə başçısına bu haqda məruzə edildiyini və prezidentin jurnalistin səhhəti ilə bağlı müvafiq yardım göstərilməsi üçün tapşırıq verdiyini demişdi.

Natiq Qocaman 1972-ci il sentyabrın 5-də Baki şəhərində ziyalı ailəsində anadan olub. Atası Vəli Qocayev Azərbaycan Memarlıq və İnşaat Universitetində 50 ilə yaxın çalışıb. Özü isə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

O, 1998-ci ildən bəri fasiləsiz olaraq Azərbaycan mətbuatında çalışıb. Bu müddət ərzində Natiq Qocaman təxəllüsü ilə "Polis", "Serial" qəzetlərində çıxış edib.

Onun Ermənistan və Azərbaycan Respublikalarının milli qəhrəmanlarının müqayisəli şəkildə təhlilini əks etdirən yazı Türkiyə mətbuatının diqqətini cəlb edib, CNN Türk, DHA müxbirləri adıçəkilən məqalə barədə xüsusi süjet hazırlayıb.

Müəllifin sosial məsələləri əks etdirən, tolerantlıq, gender mövzularını əhatə edən yazıları bir neçə dəfə KİVDF-nin mükafatına və diplomuna layiq görülüb.

Natiq Qocaman uzun müddət ölkənin ən populyar qəzeti olan ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 15 iyul tarixli Sərancamı ilə Qocayev Natiq Vəli oğlu "Tərəqqi" medalı ilə təltif edilib.

Qeyd edək ki, mərhumun dəfn mərasimi bu gün Bakıda 9-cu mikrorayonda “Tərlan” şadlıq evinin yanındakı binanın həyətində baş tutacaq.(AzNews.az)​

Allah rəhmət eləsin.​


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam