Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

2018-də vəfat etmiş tanınmış jurnalistlərimiz- Siyahı

Ülviyyə Qarabağ döyüşlərində itkin düşən şəhid Şamil Məmmədovun qızıdır.

 

Yenixeber.org: Bir neçə gündən sonra gerdiə qoyacağımız 2018-ci ildə ölkəmizdə xeyli tanınmış şəxslər, o cümlədən jurnalist həmkarlarımız dünyasını dəyişdi. Çox təəssüf ki, onların arasında gəncləri də oldu.

Həmin jurnalistlərdən biri Ülviyyə Şamilqızıdır. Qeyd edək ki, Ülviyyə Qarabağ döyüşlərində itkin düşən şəhid Şamil Məmmədovun qızıdır. O, bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi”qəzetində, “Report” informasiya agentliyində çalışıb. Fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. O, təhsilini davam etmək üçün 2017-ci ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı. Bu ilin yanvarın 23-də gənc jurnalisti 30 yaşlı şəxsin idarə etdiyi avtomobil vuraraq öldürüb.

Gənc jurnalist Nigar İsmayılqızı isə uzun sürən leykoz xəstəliyindən dünyasını dəyişdi. Bir neçə ay bundan əvvəl Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilən jurnalistin müalicəsi üçün ölkənin bir sıra ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına,ictimaiyyətə müraciət edərək, ona dəstək kampaniyası başlatmışdlar. Lakin təəssüf ki, bütün bunlar nəticəsiz qaldı, gənc jurnalist vaxtsız dünyasını dəyişdi.

Jurnalist Məmməd Kazım da bu il 83 yaşında dünyasını dəyişib. Xatırladaq ki, M.Kazım “Hünər” və bu kimi verilişərin aparıcısı olub.

Jurnalist Surxay Əlibəyli isə noyabrın 5-də 69 yaşında vəfat etdi. S.Əlibəyli Qarabağ, Ağdamla bağlı bir neçə kitabın, çoxsaylı publisist yazıların müəllifi olub.

Məşhur fotojurnalist, idman reportajları üzrə mahir fotoqraf Yaşar Xəlilov da bu il dünyasını dəyişən jurnalistlərin biri oldu. Qeyd edək ki, Y.Cəlilov Azərbaycan gəncləri” qəzetinin idman şöbəsində işə fəaliyyətinə başlayan fotoqraf daha “Bakı” qəzetində, 1959-cu ildə isə “Azərtac” Dövlət İnformasiya Agentliyində çalışıb.

Hərbi teleoperator, Xocalı soyqırımını ilk lentə almış, Qarabağ veteranı Seyidağa Mövsümlü də bu il dünyasını dəyişib. 
Tanınmış jurnalist Nicat Məlikov isə 39 yaşında qəfil ürək tutmasından dünyasını dəyişdi. O, bir müddət “Zerkalo” qəzetində, “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında çalışıb.

Əməkdar jurnalist Rauf Talışinski də bu il qəfil ürəktutmasından dünyasını dəyişdi. Qeyd edək ki, R.Talışinski “Molodej Azerbaydjana”, “Vışka” qəzetlərində çalışıb. Həmçinin “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən “Zerkalo” qəzetinin baş redaktoru olub. 2001-ci ildən isə "Exo” qəzetinin baş redaktoru postunda çalışıb.

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının Ahil Jurnalistlər Məclisinin sədri Yusif Kərimov da iki ay öncə 78 yaşında dünyasını dəyişdi.

Həmçinin Azərbaycan Dövlət Televiziyası və Radiosunun diktoru, professor, xalq artisti Qara Tağızadə də 72 yaşında vəfat etdi. Xatırladaq ki, Q.Tağızadə “AzTV”-də diktor, bədii rəhbər, baş redaktor vəzifələrində çalışıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam