Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əfv sərəncamı nə vaxt veriləcək?- Komissiyadan rəsmi cavab

 

Əfv sərəncamı nə vaxt veriləcək? - Komissiyadan rəsmi cavab
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev əfv sərəncamının may ayında veriləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Yenixeber.org: Komissiya üzvü bildirib ki, əfv sərəncamının nə zaman olacağı dəqiq bilinmir. Bu, prezidentin müstəsna səlahiyyətlərinə aid olan məsələdir.
"Əfv komissiyası fasiləsiz işləyir. Komissiyanın bir neçə iclası keçirilib. Bu iclaslarda yüzlərlə ərizəyə baxılıb, proses hazırda davam edir. Hər bir ərizə diqqətlə araşdırılır və müvafiq rəylə bağlı qərar qəbul edilir. Qərarlar cənab prezidentə təqdim olunacaq”. 

İclasların nə zaman başa çatacağına gəlincə, komissiya üzvü qeyd edib ki, bu, daxil olan məlumatlara tam baxılmasından asılıdır.

“İclaslar ola bilər ki, Novruz bayramına qədər başa çatsın. Bütün qərarlar cənab prezidentə təqdim olunandan sonra Novruz bayramı ərəfsində əfv sərəncamını gözləmək olar. Ötən il də Novruz bayramı ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı imzalanmış və 423 nəfəri əhatə etmişdi. 

Həmçinin bu il prezident tərəfindən “Cümhuriyyət ili” elan olunub. Ola bilsin ki, əfvlə bağlı müraciətlərə baxılması prosesi davam etsin və Cümhuriyyət bayramı ərəfəsində əfv olsun. Bu, hər şeydən əvvəl müraciətlərə baxılmasının başa çatdırılması ilə bağlıdır” – deyə Ə.Nuriyev vurğulayıb.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam