Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Xədicə İsmayılın müdafiəsində yeni mərhələ

 

Amerika susmur, Mədət Quliyev “jurnalistə qarşı təzyiq yoxdur” deyir, Tural Mustafayevdən isə yeni açıqlamalar var

 

"Xeberinfo.com":  Dekabrın 12-dən araşdırmaçı jurnalist Xədicə İsmayılın müdafiəsinə Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi də qoşulacaq. Bu haqda komitənin üzvü Şahvələd Çobanoğlu məlumat verib. O, deyib ki, Xədicə İsmayıl jurnalist fəaliyyətinə və ictimai mövqeyinə,  yüksəkvəzifəli məmurların gizli biznesi və korrupsiya əməlləri haqda araşdırmalarına görə qisas alınmaq üçün şərlənib: “Ona qarşı saxta ittiham irəli sürülsə də, həbsi birmənalı olaraq siyasi motiv daşıdığından onun ictimai müdafiəsi digər siyasi məhbusların hüquqlarını müdafiə edən komitənin çərçivəsində aparılacaq”.
Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi hüquq müdafiəçisi Leyla Yunus həbs edildikdən sonra yaradılıb və bütün digər siyasi məhbusların müdafiəsini aparır. Komitənin həmsədrləri Milli Şuranın sədri Cəmil Həsənli və hüquqşünas Vidadi Mirkamaldır. 
Komitənin tərkibində Xədicə İsmayılın müdafiəsi üzrə işçi qrup formalaşdırılıb. İşçi qrupda jurnalistlər Rövşən Hacıyev, Şahvələd Çobanoğlu, Əfqan Muxtarlı, Natiq Cavadlı, gənc fəal Ülvi Həsənli təmsil olunurlar.
İstintaq orqanlarında və məhkəmələrdə Xədicə İsmayılın hüquqi müdafiəsi ilə ilk gündən vəkil Elton Quliyev məşğuldur. Dekabrın 11-dən vəkillər Yalçın İmanov və Fariz Namazlı da jurnalistin müdafiəsinə qoşulub.
ABŞ-ın nüfuzlu qəzetlərindən “Washington Post”  X.İsmayılın həbsindən yazıb. Dekabrın 11-də qəzetin internet səhifəsində yerləşdirilmiş məqalədə qeyd olunur ki, Xədicə İsmayılın jurnalist fəaliyyəti hər bir ölkə üçün vacibdir, ancaq Azərbaycan kimi neftlə zəngin sultanlıqda xüsusi cəsarət tələb edir. 
“QHT nümayəndələri Leyla Yunus saxlanılan təcridxanada olublar və onun səhhətində heç bir problemin olmadığını görüblər” 
“Sülh və Demokratiya İnstitutunun həbsdə olan sədri Leyla Yunus istintaq təcridxanasında hamı ilə birgə qaydalara uyğun olaraq saxlanılır. Bəzi dağıdıcı mətbuat orqanları isə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Gülünc məsələlər irəli sürülür ki, guya ona yemək vermirlər. Bu deyilənlər hamısı yalandır”.
APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Leyla Yunusun saxlanılma şəraitindən narazılıq olması, ona qarşı təzyiqlərin edilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Xidmət rəisi bildirib ki, bir sıra QHT-in nümayəndələri birgə L. Yunusun səhhəti ilə maraqlanıblar: “QHT nümayəndələri Leyla Yunus saxlanılan təcridxanada olublar. Onun səhhətində heç bir problemin olmadığını görüblər. Leyla Yunus hətta həkimləri təhqir edib, onlara ağır sözlər deyib, özünü tərbiyəsiz aparıb”.
Mədət Quliyev deyib ki, həbsdə olan jurnalist Xədicə İsmayıl da eyni qayda ilə saxlanılır: “O, da təqsirləndirilən şəxsdir həmin qayda ilə ona da diqqət var. Amma görürsünüz ki, o da deyir ki, saxlanma şəraiti normaldır. O qarşı da heç bir təzyiq yoxdur. Ümumiyyətlə, mənim yanıma gələn bəzi xarici QHT nümayəndələri suallar verirlər ki, necə olur ki, dalbadal guya siyasətlə məşğul olan şəxslər tutulur. Bunun da cavabı çox asandır. Leyla Yunusa qarşı Rauf Mirqədirovun Ermənistana getməsi ilə bağlı cinayət işi qaldırılıb, bunlar hamısı cinayət işində adları keçən adamlardı. Təbii ki, bunların da hamısı saxlanılmalıdır”.
Bundan sonra geriyə heç bir addım olmayacaq”
Bu arada jurnalistin həbsinə səbəb olan, keçmiş dostu Tural Mustafayev isə mətbuata açıqlama verməsə də, sosial şəbəkədəki profilində susmaq bilmir. T.Mustafayevin son statusu aşağıdakı kimidir: “Hakimiyyətə Xədicə İsmayılovanı tutmaq lazım idi ,tutdu.  A, bədbəxtlər əgər mənim dediklərim fakt deyilsə, şantaj, böhtandırsa mənim haqqımda Xədicə tərəfindən şəxsiyyətimi alçaldan, intihar səviyyəsinə gərib çıxardan iyrənc böhtanları niyə tirajlayırsız ? Biri İsa Şahmarlı ilə yatmağımı deyir, biri homoseksual olduğumu deyir, biri satıldığımı deyir, biri alkoqolik olduğumu deyir, biri işdə məsuliyyətsiz olduğumu deyir, biri yayılan videonun mənim tərəfimdən çəkildiyini deyir. A, bədbəxtlər nə gündəsiniz? 4 ildir jurnalistikadayam. Adımı axtarışa versəniz necə materiallar yazdığımı, necə jurnalist olduğumu canlı görə bilərsiz. Qaldı sizin sifətinizə, məsələ aydındır. Xədicə ilə dost olanda sağlığıma rumkalar qaldıranlar, orda oturma burda otur deyənlər, indi Xədicə ilə aramda faktlı problemlər var deyə, ağzınıza gələni tirajlayırsız?? 
Şəxsiyyətə pərəstiş, dost olduğuna dost, düşmən olduğuna düşmən kimi baxmanız hansı “Demokratiya”ya qulluq etdiyinizin əyani sübutudur. Bu gün bunları tirajlayanlar ondansa danışıqlara dəvət edərdilər məni, ərizəni götür deyərdilər, götürməsəydim başlayardılar şərəfsizlik eləməyə. Sadəcə hamı bir ağızdan əvvəlki böhtanları atmağa, şərəf ləyaqətimi alçaltmağa başladılar. Bildi ya bilmədi. Kim kimin düşmənidir deyə bilmərəm. Hərənin öz düşməni var. Siyasi partiya kimi YAP düşmən ola bilər. Amma fərdləri ilahiləşdirib, YAP-a bunu edib deyə sənədə bunu edəcək səndə dözəcəksən deyə bir şey yox".
T.Mustafayev bir daha meydan oxuyub və bildirib ki, hər şey məhkəmədə aydınlaşacaq: “Bundan sonra geri heç bir addım olmayacaq. Bildi bilmədi ağzın yan qoyub danışanlar məhkəmədə gəlib faktları görərlər. Onda şərəfsiz olduqların boyunlarına alarlar”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam