Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-da Xədicə İsmayıla görə aksiya keçirilib

 

Dekabrın 8-i Vaşinqtonda, Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında jurnalist Xədicə İsmayılın azad edilməsi tələbi ilə aksiya keçirilib. Təşkilatçı, amerikalı fotojurnalist Amanda Rivkin məqsədlərinin Azərbaycan hökumətindən Xədicə İsmayılın dərhal azadlığa buraxılmasını tələb etmək olduğunu deyib.
"Xeberinfo.com": “Amerikanın səsi” xəbər verir ki, səfirliyin qarşısına toplaşan amerikalılara və azərbaycanlılara Xədicə İsmayılın posteri paylanıb və onun gördüyü işlər barədə qısa fikir mübadiləsi aparılıb. Jurnalistlərin Beynəlxalq Mərkəzindən Patrik Batler “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın bütün dünya üçün yüksək keyfiyyətlərə malik jurnalist olduğunu deyib: “Xədicə bizimlə Mütəşəkkil Cinayət və Korrupsiya Xəbərçiliyi layihəsində çalışırdı. Biz onun özünü və işini dəstəkləyirik, eləcə də Əliyev hökumətini onu azad etməyə çağırırıq. Çünki onun saxlanmasını ədalətsiz həbs hesab edirik”.
Əllərində “Mətbuat azadlığına hörmət edin!”, “Jurnalistləri təhqir etməyin!” şüarları yazılmış plakatlar qaldıran iştirakçılar daha sonra Azərbaycan hökumətini Xədicə İsmayılı azad etməyə çağıran posterlərə imza ataraq dəstəklərini ifadə ediblər. Aksiyanın sonunda dəstək posterləri Azərbaycan səfirliyinə təqdim edilib.
Dekabrın 5-də həbs olunan Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam