Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

Azərbaycanda avtomobil yollarının SON VƏZİYYƏTİ

 

Azərbaycanda avtomobil yollarının SON VƏZİYYƏTİ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin avtomobil yollarındakı son vəziyyəti açıqlayıb.

Yenixeber.org: Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu gün saat 14:00-a olan məlumata əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə ara bir zəif qar yağır.

Havanın temperaturu müsbət 2-4 arasında müşahidə olunur, hərəkət təmin olunur. Həmçinin Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində hal-hazırda yağıntı yoxdur, temperaturu mənfi 4-6 dərəcədir və yollarda lazımi tədbirlər görülərək nəqliyyatın hərəkəti təmin olunub.

Giləzi-Xızı yolunda zəif qar yağır, səhər saatlarında yollar qardan təmizlənib, qum-duz səpilib. Dağlıq ərazilərdə mənfi temperatur müşahidə olunur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

Bakı-Qobustan avtomobil yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə lazımi tədbirlərin görülməsi davam etdirilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı avtomobil yolunda qar yağır, şaxta yoxdur, yol qardan təmizlənib, qum-duz səpilib və hazırda bu istiqamətdə işlər aparılır. Hərəkət təmin olunub.

Muğanlı-Ağsu-Yevlax yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər aparılır və yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Ələt- Hacıqabul yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Hacıqabul-Ucar-Yevlax yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam