Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Səudiyyə “qara siyahı”ya salındı

  

Səudiyyə “qara siyahı”ya salındı
Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanını terrorizmin sponsoru və çirkli pulların yuyulması ilə mübarizədə uğursuz olan ölkələr siyahısına salacaq. 

 Yenixeber.org: Bu barədə “Financial Times” qəzeti yazıb.
Qeyd olunur ki, Avropa Komissiyası çirkli pulların yuyulması ilə mübarizədə olduqca pis nəticə göstərən 20-dən çox ölkənin yer aldığı yenilənmiş siyahını artıq tamamlamaq üzrədir. 

Ər-Riyadın qanunsuz pul dövriyyəsi ilə mübarizəsində “strateji çatışmazlıqlar” olduğunu bildirən Aİ-nın həmin siyahıya Səudiyyə Ərəbistanının da adını salacağı deyilir. Eyni zamanda, Səudiyyə terrorizmi maliyyələşdirən ölkələr sırasına daxil ediləcək. 

Bununla da, Aİ qanunlarına uyğun olaraq, Avropa bankları Səudiyyədən gələn maliyyə vəsaitlərinin daha geniş və ciddi nəzarət-yoxlanışını aparmağa məcbur olacaqlar. 

Həmçinin, qeyd olunub ki, Avropa Komissiyasının bu qərarına Almaniya, Fransa və Böyük Britaniya qarşı çıxıblar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam