Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Cümhuriyyətin elan olunduğu bina bərpa ediləcək

 

Cümhuriyyətin elan olunduğu bina bərpa ediləcək
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu bina bərpa olunacaq.
 Yenixeber.org: Tbilisi İnkişaf Fondu indiki “Gənclər sarayı” kimi fəaliyyət göstərən binanın yenidən qurulması ilə bağlı tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkət mədəni irs abidələrinin bərpa olunmasında təcrübəyə malik olmalıdır. 

Təkliflərin qəbulu fevral ayının 11-də başa çatacaq. Tenderdə qalib gələcək şirkət Tbilisi İnkişaf Fonduna 10 dekabr 2019-cu il tarixinə qədər hazır layihə təqdim etməlidir. 

“Gənclər sarayı”nın bərpa olunması işlərinə, ümumilikdə, 600 min lari (227 min dollar) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. 

Saray Tbilisinin mərkəzi Rustaveli prospekti, 6 ünvanında yerləşir. 1918-ci il mayın 28-də məhz bu binada AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demmokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.(report) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam