Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Anar Məmmədli həbsdə qaldı

 

Bu gün Bakı Apellyasiya Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, mərkəzin icraçı direktoru Bəşir Süleymanlı və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun işi üzrə şikayətə baxıb. 
"Xeberinfo.com": Azadlıq radiosu xəbər verir ki, məhkəmə onların şikayətini təmin etməyib.
Anar Məmmədli dekabrın 17-də həbs olunub. Baş Prokurorluq A.Məmmədlinin sədri olduğu təşkilata oktyabrın 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda da suçlanıb.
Eyni ittiham “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin rəhbəri Elnur Məmmədova qarşı da sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay, Bəşir Süleymanlını 3 il 6 ay azadlıqdan məhrum edib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb.
Bu qərardan apelyasiya şikayəti verilib.
Bir sıra beynəlxalq qurumlar Anar Məmmədlinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam