Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

"Bu proseslərin heç birində gömrük əməkdaşları iştirak etməyəcək"- Komitə sədri

 

"Bu proseslərin heç birində gömrük əməkdaşları iştirak etməyəcək" - Komitə sədri

“Gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamədən sonra bir neçə gün cavabın gözlənilməsi texniki məsələlərlə bağlıdır. Bu problemin aradan qaldırılması üçün təkliflər hazırlayırıq. Yaxın günlərdə bu məsələ həllini tapacaq”.

Yenixeber.org: Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransında çıxışı zamanı deyib.

S.Mehdiyev bildirib ki, bu problemin aradan qaldırılması yüklərin daha rahat boşaldılmasına imkan yaradacaq.
“Anbarlarla bağlı problemə gəldikdə bütün yükləri açıb boşaltmaq üçün texniki imkanımız yoxdur. Sahibkarlımızın "sərhəddən anbara" prinsipi ilə işləməsini istəyirik. Sahibkar gətirilən malları birbaşa öz anbarına ötürəcək, bir saat ərzində malın buraxılıb-buraxılmayacağı barədə ona məlumat veriləcək. Bu zaman gömrük əməkdaşlarının bu prosesdə iştirakına ehtiyac olub-olmaması barədə də onlara məlumat veriləcək. Proses fevral ayının 1-dən başlayır. Həmçinin gələn ayın 1-dən ixrac məhsulları, xüsusən kənd təsərrüfatı məhsullarının yaşıl dəhlizə tətbiqinə şərait yaradılacaq. Hər bir ixracatçı öz anbarında malını bəyan edəcək, gömrük məmuru görmədən elektron bəyannaməsini yazacaq, nəqliyyat vasitəsinin sərhəddə doğru hərəkəti təmin ediləcək. Bu proseslərin heç birində gömrük əməkdaşları iştirak etməyəcək. Həmçinin anbarlarda qarışıq malların operativ açılması üçün anbarların sayının artırılmasında maraqlıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam