Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Ermənistana qarşı 50 milyard dollarlıq iddia hazırlayır?-Keçmiş Baş Prokuror açıqladı

 

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşır.

Yenixeber.org: Bu məlumatı Ermənistanın keçmiş baş prokuroru, Avropa İnsan Haqları Məhkəməsində bu ölkənin keçmiş nümayəndəsi Gevork Kostanyan tert.am-a müsahibəsində açıqlayıb.

“Təəssüf ki, məndə olan məlumata görə Azərbaycan Qarabağ münaqişəsi kontenstində Ermənistana qarşı dövlətlərarası iddia qaldırmağa hazırlaşır. Bu iddia özündə siyasi, hüquqi, sosial və mədəni komponentləri birləşdirir. Daha çox narahatlıq doğuran iddianın 50 milyard dollarlıq iqtisadi komponentidir”-Kostanyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif Avropa ölkələrindəki səfirləri iddianın qaldırılması üçün aparıcı hüquqşünaslarla müqavilələr bağlayır, yəni vəkillər komandası formalaşdırır.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi Qarabağ münaqişəsi kontekstində indiyə qədər Laçından olan bir qrup azərbaycanlı məcburi köçkünün, habelə Azərbaycandan köçüb getmiş bir qrup erməninin iddialarına baxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam