Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Xalid Bağırovun fəaliyyətinə xitam verildi

 

Xalid Bağırovun vəkil kimi fəaliyyətinə xitam verilib.  
"Xeberinfo.com": “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Akif Qurbanov məlumat verib.Səbəb isə “İsmayıllı işi”ndə Xalid Bağırovun məhkəmə çıxışında dövlətçiliyə hörmətsizlik etməsi göstərilib. 
Xalid Bağırov “Qafqazinfo”ya açıqlamasında fəaliyyətinə xitam verilməsini təsdiqləyib: “Bu gün Vəkillər Kollegiyası qərar verib ki, mən vəkilliyimə xitam verilməsi üçün məhkəməyə müraciət edilsin, məhkəmə qərarı verilənə kimi də fəaliyyətim dayandırılsın”.
X.Bağırov bildirib ki, buna səbəb Şəki Apellyasiya Məhkəməsi Vəkillər Kollegiyasına müraciəti olub: “İlqar Məmmədovun məhkəməsində çıxışım zamanı “belə dövlətdə belə məhkəmə olacaq”, “Azərbaycanda ədalətli məhkəmə olsaydı, belə qərəzli və ədalətsiz qərar çıxarılmazdı” ifadələrim dövlətçiliyə hörmətsizlik kimi qiymətləndirilib. Buna əsasən də Vəkillər Kollegiyasına müraciət edilib. Kollegiya da vəkilliyimə xitam verilməsi üçün məhkəməyə müraciət etmək haqda qərar verib”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam