Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Vəkillər Kollegiyasından çıxarılmağımın səbəbi Ramiz Rzayevdir”

muzeffer-baxishovMüzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilməsilə bağlı məhkəmə prosesi başladı

Xeberinfo.com:   Tanınmış vəkil Müzəffər Baxışovun Vəkillər Kollegiyasından xaric olunması ilə bağlı məhkəmə prosesi başlayıb. Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün Vəkillər Kollegiyası Rəyasət Heyəti Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. Dünən həmin iddia əsasında məhkəmə iclası keçirilib.

Hakim Gültəkin Əsədovanın sədrliyilə keçirilən məhkəmə iclasında Müzəffər Baxışovun nümayəndəsi Səməd Rəhimli iddianın baxılmamış saxlanılması barədə vəsatət verib: “Cavabdeh tərəf olaraq, hüquqi müəyyənlik prinsipinə cavab verən məhkəmə araşdırması hüququmuz var. Ilk növbədə bu məsələ həll olunmalıdır. Müzəffər Baxışova qarşı bu iddia rəsmən hüquqi şəxs statusu olmayan, bu səbəbdən də mülki-prosessual fəaliyyət qabiliyyətinə malik olmayan Vəkillər Kollegiyasının orqanı olan Rəyasət Heyəti tərəfindən qaldırılıb. Mülki Prosessual Məcəlləyə görə, ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilibsə, məhkəmə ərizəni baxılmamış saxlayır”.

Müzəffər Baxışov özü də çıxışında deyib ki, ona qarşı iddianı səhv subyekt qaldırıb: “Mülki prosessual qanunvericiliyə görə, hüquqi şəxsin iddia qaldırmaq üçün mülki prosessual qabiliyyət hüququ var, hüquqi şəxsin idarəedici orqanının belə hüququ yoxdur”.

Məhkəmədə Vəkilər Kollegiyasını təmsil edən Şahmar Məmmədov isə vəsatətin əsassız olduğunu bildirib.

Hakim də elə yerində müşavirə edərək, vəsatətin təmin edilmədiyini bildirib. Amma hansı səbəbdən təmin olunmadığını əsaslandırmayıb.

Səməd Rəhimli daha sonra məhkəməyə icraatın dayandırılması barədə yazılı ərizə təqdim edib. O bildirib ki, Müzəffər Baxışov özü də Vəkillər Kollegiyasına qarşı iddia qaldırıb və həmin ərizə 2 saylı Bakı Inzibati-iqtisadi Məhkəməsinə təqdim olunub: “Əgər 2 saylı Bakı Inzibati-iqtisadi Məhkəməsi Müzəffər Baxışovun iddiası əsasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin onunla bağlı qərarını ləğv etsə, o halda, hazırki iddiaya baxılmasına zərurət qalmayacaq. Hər iki işin faktiki halları və əsasları eyniyyət təşkil edir. Ona görə də xahiş edirik, həmin iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul olunana kimi hazırkı işi dayandırasınız”.

Vəkillər Kollegiyasının nümayəndəsi bu vəsatətin də təmin olunmamasını istəyib.

Hakim bildirib ki, 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə iddia ərizəsi bu gün təqdim edilib. Ona görə də həmin məhkəmədə iddianın mümkünlüyü məsələsi həll olunana qədər – iyunun 1-nədək bu məhkəmə prosesi təxirə salınıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Müzəffər Baxışovun Kollegiyadan çıxarılması barədə bu il aprelin 1-də qərar qəbul edib. Həmin qərarın qəbul edilməsinə əsas Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın şikayəti olub.

Müzəffər Baxışov isə “Azadlıq”a açıqlamasında bildirib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin onun barəsində qərarı qanunsuz və əsassızdır. Vəkilin sözlərinə görə, Ali Məhkəmənin sədri Ramiz Rzayevin təzyiqilə onun barəsində belə bir qərar verilib: “Mənimlə bağlı qərarda açıq şəkildə 17 noyabr 2015-ci ildə verdiyim müsahibədə Ali Məhkəmənin sədri Ramiz Rzayev barədə səsləndirdiyim fikirlərə istinad edirlər. Həmin fikirlərə görə mənim vəkillik fəaliyyətimə xitam verilməsi faktiki ifadə azadlığının kobud şəkildə pozulmasıdır. Yəni özləri də təsdiqləyirlər ki, mənim Kollegiyadan xaric olunmağımın əsl səbəbi Ramiz Rzayevin əməlləri barədə dediklərimdir. Həmin müsahibədə həmçinin məhkəmə sistemindəki qanunsuzluqları, Ramiz Rzayevin hüquqi biliklərini şərh etmişəm. Bunu Azərbaycan vətəndaşı kimi demişəm və həmin fikirlərimi sübut eləməyə də hazıram. Ramiz Rzayev Azərbaycan qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla Ali Məhkəmənin hakimi təyin olunub. Həmin vaxt mən onun əvvəlcə hakim, ardınca da Ali Məhkəmənin sədri təyin olunmasının qanunsuzluğu haqda ”Azadlıq” qəzetinə müsahibə vermişdim. O müsahibədən sonra “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsi dəyişdirilərək bu təyinatı qanuniləşdirdilər”.

Müzəffər Baxışov onu da qeyd edir ki, yerli məhkəmələrdən ədalətli qərar gözləmir: “Ramiz Rzayev Ali Məhkəmənin sədridir, Məhkəmə-Hüquq Şurasının üzvüdür. Hakimlər də Məhkəmə Hüquq Şurasından asılıdır. Hakimlər barəsində intizam icraatını bu qurum başlayır. Bu baxımdan Azərbaycandakı hakimlər çəkinərək, mənim barəmdə qanuni və ədalətli qərar qəbul etməyəcəklər. Amma mən yerli məhkəmələri keçdikdən sonra Avropa Məhkəməsinə müraciət edəcəyəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam