Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğan: “Tutku, burda nə işin var?”- VİDEO

Gənc qızın dediyi hər cümlə Ərdoğanı və heyəti güldürüb

 

Yenixeber.org: Türkiyə prezidenti Ərdoğan Trabzonun bələdiyyə sədrlərinin tanıtım iclasında çıxış edərkən maraqlı anlar yaşanıb.

Prezident Ərdoğan Trabzon namizədlərini açıqlamaq üçün danışarkən Tutku Yalçını görərək sözünü yarımçıq saxlayıb:

“Tutku, burda nə işin var, qız? Ay Allah iyiliyini versin. Bu Tutku bir aləm” .

Prezident Ərdoğan, İzmir namizədlərini açıqlayandan sonra Manisadakı zavodun açılışına gedərkən Halkapınar İdman Salonunda maraqlı anlar yaşayıb. Tutku Yalçın adlı gənc qız prezident Ərdoğanı çox sevdiyini deyərək başladığı nitqini polislərin 3600 əlavə göstərgəsi haqqında danışaraq davam etdirib. Gənc qızın dediyi hər cümlə Ərdoğanı və heyəti güldürüb:

Tutku Yalçın: Sənə görə ölərəm, 3 gündür burdayam. Sənin üçün otağını hazırladıq. Atamız üçün ölərəm mən, atam bir dənədir. İndi sənin yanın hara gələcəm bilirsən? Manisada iki dənə açılışın var ha, ora gələcəm.

Ərdoğan: Hər yerdə var.

Tutku Yalçın: Məsciddə də gördüm. Bir şey deyim? Bu polislərin 3600-nI hazırla artıq. Həkimə, tibb bacısına var, polislərə niyə yoxdu? Polislər səni qoruyur.

Ərdoğan: Sən deyəndən sonra yaxşı.

Tutku Yalçın: 100 günlük proqramında yoxdu amma...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam