Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kılıçdaroğlundan Ərdoğana: "Bəs sənin oğlun niyə gedib terrorçularla döyüşmür?"

 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu prezident Rəcəb Təyyib Ərdoğanı sərt tənqid edib

"Xeberinfo.com":   Məlumata görə, ana müxalifət partiyasının sədri ona hökumət qurmaq səlahiyyəti verməkdən imtina edən Ərdoğanın ünvanına çox sərt sözlər deyib.
Kılıçdaroğlu Ərdoğanı terroru başlatmaqda, millətə zorla özünü lider göstərməkdə günahlanıdırıb.
 
Müxalifət lideri Ərdoğanın oğlunun pullu hərbi xidmət göstərdiyini dilə gətirib: “Ərdoğan oğlunu əsgərdən qaçırır, kasıb-kusubun oğlu da şəhid olur. Sonra çıxır deyir ki, nə xoşbəxt ailələrdi ki, uşaqları vətən yolunda şəhid düşüblər. Burda Ərdoğana sual vermək lazımdı ki, bəs sənin oğlun niyə gedib terrorçularla döyüşmür? O, insanlara xoşbəxtlik dediyin sənin övladların üçün keçərli deyil?”.
 
CHP lideri Ərdoğanı konstitusiyaya xəyanət etməkdə də suçlayıb. “Ərdoğan verdiyi andı da tuta bilmədi. Mən bunu ilk gündən deyirdim. Millətin gözü açılmalıdı, bu cür insanın Türkiyəni idarə etməyinə etiraz olunmalıdır".
 
Kamal Kılıçdaroğlu prezident Ərdoğanın xalqa qarşı diktatura qurduğuna da deyib. O, bildirib ki, Ərdoğan artıq xalqdan bir dəstək almır, yalnız güc tətbiq etməklə hakimiyyətdə qalmaq istəyir: “Ərdoğan millətə güvənmir, ona təzyiq edir, yaratdığı terror nəticəsində qanla bəslənərək millətə öz iradəsini diqtə etdirməyə çalışır”.
Lent.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam