Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Paşinyana seçki "sürprizi":Açıqlama yaymağa məcbur oldu




 
Yenixeber.org: Ermənistanda bu gün keçirilən parlament seçkisində seçici fəallığının kəskin azlığı diqqət çəkib.

 Mərkəzi Seçki Komissiyası saat 11:00-a olan məlumata görə seçici fəallığının 7,76% olduğunu açıqlayıb.

2017-ci il 2 aprel parlament seçkisi zamanı 11:00-a olan seçici fəallığının 13,32% olduğunu xatırladan media isə əhalinin həddən artıq passivliyini qabardıb. Halbuki “aprel inqilabı”ndan sonra əhalinin seçkiyə inamının artdığı və seçkidə daha aktiv iştirak edəcəyi proqnozlaşdırılırdı. Əvəzində seçkiyə inananların sayında sanki azalma müşahidə edilir.

Ermənistanın baş naziri səlahiyyətlərini yerinə yetirən, seçkidə Mənim Addımım Bloku ilə iştirak edən Nikol Paşinyan sosial şəbəkə hesabından buna reaksiya verməyə məcbur olub.

“Saat 11:00-a əsasən, seçici fəallığı əvvəlki seçkilərə görə çox aşağıdır. Bunun da izahı var: əvvəllər “Qazel” və avtobuslar seçiciləri məntəqələrə gətirmək üçün resylərini dəyişirdilər, amma indi belə bir şey yoxdur”, - Paşinyan qeyd edib.

Paşinyan xalqın demokratik prosesdə fəallığı, kütləvi şəkildə onu dəstəkləməsi haqda yaratmaq istədiyi rəyin dağılmasından narahatlığını isə belə ifadə edib:

“Ümid edirəm ki, seçicilər nəhayət ki, ayılacaq, qəhvələrini içdikdən sonra öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün seçki məntəqələrinə yollanacaqlar. Bəzi vilayətlərdə çiskinli hava olmasına baxmayaraq, ümid edirəm ki, siz evdə oturmayacaqsınız. Mütləq gəlib səs verin və öz hökumətinizi formalaşdırın, onsuz da indi hakimiyyət xalqa məxsusdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam