Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rayonlular Bakıda səs verə bilərlər?

 

 

Milli Məclisə keçiriləcək seçkilərə 20 gündən az vaxt qalıb. Maraqlı məqam burasıdır ki, rayon qeydiyyatında olan seçicilər seçkidə iştirak edə biləcəklərmi? Yəni, Bakı və digər bölgələrimizdə yaşayanlar qeydiyyatda olduqları rayonu təmsil edəcək deputatı seçə biləcəklərmi?

"Xeberinfo.com":   Məlumata görə, Mərkəzi Seçki Komissiyasının Katibliyinin Media və İctimai Əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli azvision.az-a  açıqlamasında deyib ki, prezident və bələdiyyə seçkilərindən fərqli olaraq Milli Məclisə seçkilərdə seçici qeydiyyatdan çıxma vərəqəsi ilə ölkə ərazisindəki istənilən məntəqədən səs verə bilməz.

“Milli Məclisə keçirilən seçkilərdə hər bir seçici adı hansı məntəqənin seçici siyahısında qeyd olunubsa, orada səs verə bilər. Yaxud, qeydiyyatdan çıxma vərəqəsi almaqla seçki məntəqəsinin daxil olduğu dairənin hüdudlarına daxil olan digər seçki məntəqələrində səs verə bilər. Qeydiyyatdan çıxma vərəqəsi almaq üçün seçici seçkiyə 3 gün qalmışa qədər adı hansı məntəqənin seçici siyahısında qeyd olunubsa, oradan ala bilər”, - deyə Ş. Əsədli bildirib. 

MSK rəsmisi qeyd edib ki, seçici rayon qeydiyyatındadırsa və paytaxtda yaşayırsa, o heç vaxt paytaxt ərazisində yerləşən hər hansı bir məntəqədən qeydiyyatda olduğu bölgəni təmsil edəcək deputatı seçə bilməz. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam