Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İsraildə qadınlar kütləvi etiraza qalxdı-Foto

 

Bu gün İsraildə xanımlara münasibətdə şiddət və zorakılıq hallarının artmasına etiraz olaraq qadınlar ümummilli tətil elan ediblər.

Yenixeber.org: İsraildə qadınların öldürülməsilə nəticələnən cinayətlər və ailə zorakılığında qadınlara şiddət tətbiq edilməsi 100 min insanın etiraz aksiyası keçirməsinə səbəb olub.

Onlarla şəhərin meriyası və ölkə üzrə 300-ə yaxın təşkilat, müəssisə və şirkətlər qadınların “Qəzəb günü” adlı kütləvi aksiyasını dəstəkləyiblər.

“Yetkinlik yaşına çatmayan 2 qızın ölümü ilə nəticələnən son zorakılıq hadisələri bizi hərəkətə keçməyə vadar etdi. İctimaiyyət qəzəblidir və insanlar siyasətçilərimizin bu problemə laqeydliyini qəbul etməyə hazır deyil”, – deyə etiraz aksiyalarının təşkilatçıları bəyan ediblər.

Etirazçılar, həmçinin qadınlara qarşı cinayətlərin və zorakılıq hallarının araşdırılması üçün parlament komissiyasının yaradılmasını tələb edirlər.

Hazırda kütləvi etiraza qalxan nümayişçilər Təl-Əviv və Qüdsdə nəqliyyatın hərəkətini iflic ediblər, mərkəzi küçələrə girişi bloklayıblar. Aksiyaçılar həm də Qüdsə girişi bağlayıblar. Nəticədə şəhərlərdə nəhəng tıxaclar yaranıb. Güc strukturları sürücülərə alternativ yollardan istifadəni tövsiyə edib.(azvision)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam