Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı mağazalarında endirim biabırçılığı- Foto

 

Dünəndən başlayaraq Bakıda fəaliyyət göstərən bütün AVM-lərdəki mağazalarda endirim kampaniyasına start verilib

 

Yenixeber.org: Mağazalarda kampaniya ərzində seçilmiş mallar 20, 50, 70 faizə qədər endirimlə təqdim edilib. Bu da mağazalarda sıxlığa və acınacaqlı vəziyyətə səbəb olub.

Belə ki, endirim kampaniyasından yararlanmaq istəyən xüsusilə xanımlar almadıqları geyimləri rəflərə səliqəsiz formada qoyaraq gediblər. Hətta bəzi müştərilər hələ satışda olan geyimləri yerə atıb. Mağazalarda növünə görə yerləşdirilmiş bütün məhsullar bir-birinə qarışıb. Bu da geynilməmiş və hələ satılmamış geyimlərin sonradan alış-verişə gələnlərin axtardıqları geyimləri tapa bilməməsinə səbəb olub. Həmçinin geyimlərlə kobud rəftar edildiyi və yerə atıldığı üçün bir çoxu zərər görüb, hələ alınmamış yararsız vəziyyətə düşüb.

Endirimə kampaniyasına qoşulan geyim mağazalarının demək olar ki, hamısında eyni hal yaşanıb.

Qeyd edək ki, əsasən, ABŞ-da keçirilən “Qara cümə” adlanan bu endirim kampaniyası ildə bir dəfə 3 gün olmaqla təşkil edilir. Kampaniya sabaha qədər davam edəcək. Kampaniyaya qoşulan AVM-lər bu müddət ərzində gecə yarsına kimi fəaliyyət göstərəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam