Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Paşinyana sərt ismarış:Hanı sehirli çubuğun?

 

Beynəlxalq tərəfdaşlarla münasibətlər təhdid üzərində qurulmur.

Yenixeber.org: Bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublikaçılar Partiyasının təmsilçisi Eduard Şarmazanov paylaşıb.

“Bu, oğlanların mübahisəsi deyil ki, İrəvan Minski, Vaşinqtonu, Moskvanı barmağınla təhdid edəsən; bu, Respublika Meydanı deyil ki, insanları Milli Təhlükəsizlik Xidmətiylə qorxudub, onlara barmaq silkələyəsən. Bu, dövlətlərarası münasibətlərdir, burada hər şey diplomatik kanallarla qurulur. Cənab Paşinyan, danışmazdan əvvəl 7 dəfə düşünmək lazımdır. Ona görə ki, bu sözə görə siz yox, erməni xalqı cavab verəcək.

İş yerlərinin bağlanması bizi narahat edir. Alaverdidə 630 nəfər praktik olaraq iş yerini itirib, Amulsardakı investisiya proqramı dayandırılıb. Asfalt çəkmək, Milli Təhlükəsizlik Xidməti vasitəsiylə qorxutmaqla investisiyalar yatırılmır. Paşinyan parlamentdə deyirdi ki, onun sehirli çubuğu var. Əgər o səndə varsa, niyə təqaüdləri, maaşları qaldırıb, investisiyalar gətirmirsən? Cənab Serj Tankyan, sən gəldin, oxudun, bəs indi niyə investisiyalarını gətirmirsən? Kim sizə yatırım etməyə mane olur?” – deyə o bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam