Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ölkəmizə sərt qış gəlir-Xəbərdarlıq

 

Artıq indidən müvafiq qurumlar Azərbaycanda sərt qışa hazırlaşmalıdırlar.

Yenixeber.org: Bunu Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyib.

Onun sözlərinə görə, bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək.

“Günəş qeyri-adi və ləng yuxu dövrünə girir. Yeni günəş minimumu yeni kiçik buz dövrünün başlanmasına səbəb ola bilər. Bəşəriyyət XVII əsrdə belə qışla üzləşib”, - deyə ekoloq bildirib.

Telman Zeynalov qeyd edib ki, son illər Günəş ləkələrinin sayında azalma müşahidə olunur (Günəş ləkələri maqnit enerjisi ehtiyatlarını xarakterizə edir, daha dəqiq desək, Günəş ləkələri Günəşdəki partlayışların enerjiyə çevrilməsi nəticəsində yaranmış ehtiyatlardır).

“Günəş tacının qütblərində tüğyan edən qasırğalar zəifləyir, Günəşdəki reaktiv axıntılar yoxa çıxır. Bu onu göstərir ki, Günəşin daha az aktivlik dövrü başlayır. Bütün bunlar bu qışdan etibarən özünü göstərməyə başlayacaq”, - deyə ekspert bildirib.

Ekoloq Azərbaycan paytaxtında gözlənilən qış barəsində belə proqnoz verib: “110 illik meteoroloji müşahidələr onu göstərir ki, Bakıda qışda ən aşağı temperatur 1969-cu ildə qeydə alınıb - 10 dərəcə şaxta. Düzdür, 2012-ci ildə Bakıda 11 dərəcə şaxta olması barədə məlumatlar var, lakin rəsmi versiyaya görə, rekord göstərci 1969-cu ilə aiddir. Bu il isə 8-9 dərəcə şaxta gözlənilir. 2020-ci ildə Bakıda soyuq temperatur üzrə yeni rekord qeydə alınacaq”.

Qeyd edək ki, ötən qış Rusiyadan gələn Harmut Arktika siklonu Avropada yeni temperatur rekordlarının qeydə alınmasına səbəb olmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam