Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Maqnit qasırğası başlayıb - Fəsadlarını azaltmaq üçün bunları edin

 

Geomaqnit sahə son 24 saat ərzində müsbət qütblülüyə malik CH HSS effektindən əvvəl CIR-in Yerə çatması səbəbindən G1 (Minor) qasırğa səviyyəsinə çatıb.

Yenixeber.org:  AMEA Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, G1 qasırğa səviyyəsi əsasən noyabrın 4-də müşahidə edilib. Günəş aktivliyinin növbəti 5-7 noyabr tarixlərində çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

Proqnoz dövründə ilk gün (5 noyabr) geomaqnit sahədə qasırğa səbəbi G1-G2 (Minor - Moderate) səviyyəsinə qədər qalxacaq. Növbəti gün (6 noyabr) bu qasırğa səviyyəsinin davam edəcəyi, 7 noyabr tarixində isə nisbətən zəifləyəcəyi gözlənilir. Lakin sonuncu proqnoz günü də (7 noyabr) fasilərlə həyəcanlanmaların olacağı istisna edilmir.

Rəsədxanadan bildirilib ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlanmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depressiya tipli hissiyat meydana gətirə bilər:

"Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlanmalarının sağlamlığa mənfi təsiri riskini azaldır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam