Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ermənilərdən şikayət edildi-Fransada

 

Fransada ermənilərdən şikayət edildi
Fransadakı erməni assosiasiyaları koordinasiya şurası Prezident Emmanuel Makrona müraciət edərək, Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirə və bu münasibətlə keçiriləcək Paris Sülh Forumuna Türkiyəni dəvət etməmək kimi lüzumsuz polemikaya cəhd göstəriblər.
Yenixeber.org: AzərTac xəbər verir ki, Fransadakı Türk assosiasiyaları bununla bağlı bəyanat yayaraq, erməni assosiasiyaları koordinasiya şurasını mənfur əməllərindən əl çəkməyə çağırıb.

Bəyanatda bildirilir ki, Fransada fəaliyyət göstərən Türk assosiasiyaları iki ölkə arasında qədim əlaqələrin möhkəmləndiyini alqışlayır, bir qrup insanın xalqlar arasında dialoq və sülhü pozmaq niyyəti ilə tarixi siyasi məqsədlər üçün alətə çevirməyin qəbul edilməz olduğunu vurğulayır. Fransa ilə Türkiyə arasında beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində möhkəm əməkdaşlıq mövcuddur və bu, fransızların təhlükəsizliyi üçün çox vacibdir. Ermənilərin Türkiyəyə və türklərə qarşı nifrət çağırışları 100 illiyi qeyd edilən tarixi günün ruhuna və dialoqa tamamilə ziddir.

Qeyd olunur ki, Türkiyə dövləti 2005-ci ildən bütün sənədlərə, eləcə də erməni arxivlərinə girişi olan beynəlxalq komissiyanın yaradılması təklifini irəli sürüb. Türkiyə əvvəlcədən bu komissiyanın işinin nəticələrindən asılı olmayaraq onunla razılaşacağını bildirir. Lakin bu təklif Ermənistan tərəfindən həmişə rədd edilir.

Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il oktyabrın 15-də Perincek və başqalarının işinə dair qərarında erməni məsələsi ilə bağlı söz azadlığına dair “heç bir beynəlxalq konsensus” olmadığını aydın göstərib.

Bəyanatda deyilir ki, Fransanın Konstitusiya Məhkəməsi 2017-ci il 26 yanvar tarixli qərarında heç bir fransız və ya beynəlxalq yurisdiksiyanın 1915-ci il hadisələrini “genosid” kimi qiymətləndirmədiyini xatırladıb.

Fransa-Türk assosiasiyaları xalqlar və onların rəhbərləri arasında davamlı sülhün təminatı üçün vacib olan dialoqu davam etdirməyi tövsiyə edir.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbir və bu münasibətlə Paris Sülh Forumu keçiriləcək. Forumun əsas məqsədi dünyada sülhü möhkəmləndirmək üçün birgə düşünərək konkret təşəbbüslər irəli sürmək, multikulturalizm və müasir əməkdaşlığın yeni formalarını yaratmaq mesajı verməkdir. Beynəlxalq tədbirdə 80-dək dövlət və hökumət başçısının iştirakı gözlənilir.

Foruma Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan da dəvət olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam