Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğanı "erməni soyqırımı"na görə Fransada protest etdilər -FOTO

 

Ərdoğanı erməni soyqırımına görə Fransada protest etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın I Dünya Müharibəsinin 100-cü ildönümünün qeyd edilməsi çərçivəsində 11 noyabrda Parisdə təşkil ediləcək anım mərasimə dəvət edilməsi Fransada müzakirə mövzusu olub.

 Yenixeber.org: Bir qrup fransalı akademik, ziyalı və insan hüquqları müdafiəçiləri Türkiyə prezidentinin mərasimə qatılmasını protest edib.

Protest “Le Monde” qəzetində ortaq imzalanan bəyanatla bildirilib.

Etiraza səbəb olaraq Türkiyə hökumətinin və Rəcəb Tayyib Ərdoğanın I Dünya Müharibəsi əsnasında Türkiyənin ermənilərə qarşı təşkil etdiyi “soyqırımı” hələ də inkar etməsi siyasəti göstərilib.

Məqalədə Türkiyənin Kipr və kürdlərə dair siyasəti də tənqid edilib. Türkiyə dövlətinin cihadçılıq və anti-semitizmi alovlandırdığı, İsrailə qarşı nəzarətolunmayacaq dərəcədə nifrət bəslədiyi qeyd edilib. Qonşu ölkənin azadlıqların məhv edildiyi və “dünyanın ən böyük jurnalist həbsxanası” halına gəldiyi ifadələri də məqalədə yer alıb.

Bəyanatı imzalayanlar arasında filosof, rejissor, millət vəkili, universitet rektoru, dərnək sədrləri, Avropa Parlamentinin üzvlərinin olması diqqət çəkib.

Qeyd edək ki, Fransada prezident seçkiləri zamanı namizədliyini irəli sürən Emmanuel Makron seçki kampaniyası çərçivəsində "erməni soyqırımı"nın dünyada tanınması üçün mübarizə aparacağını vəd etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam