Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bu informasiyanı araşdırırıq” - Türkiyənin vitse-prezidentindən şok QAŞIQÇI BƏYANATI

 

“Bu informasiyanı araşdırırıq” - Türkiyənin vitse-prezidentindən şok QAŞIQÇI BƏYANATI

Türkiyə səudiyyəli jurnalist Camal Qaşıqçının bədəninin turşuda əridilməsi barədə informasiyanı araşdırır.

Yenixeber.org: Bu haqda Türkiyə vitse-prezidenti Fuad Oqtay bildirib.

“Daha əvvəl bizim prokurorluğumuz bildirdi ki, Qaşıqçının bədəni parçalanmışdı. İndi bəyanat var ki, onun bədəni turşuda həll edilib. Türkiyə cinayətin açılması üçün bütün səylərə təşəbbüs edir. Araşdırma müvəffəqiyyətlə gedir, amma Səudiyyə tərəfinə müəyyən suallar var”.

Vitse-prezidenti əlavə edib ki, Qaşıqçı cinayətində görə günahkar olan şəxslərin Türkiyəyə verilməsi haqqında Ankaranın tələbi qüvvədə qalır.

Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı “Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın “Vaşinqton Post” qəzetinə danışan yüksək vəzifəli bir türk səlahiyyətli konsulluqda öldürülən jurnalistin parçalara ayrılan cəsədinin asit turşusunda əridilmə ehtimalının qiymətləndirildiyini bildirib.

 

 

İstanbul Respublika Baş prokurorluğundan bildirilib ki, Camal Qaşıqçı əvvəlcədən hazırlanan plana uyğun olaraq, boğularaq öldürülüb, daha sonra isə cəsədi parçalara bölünərək yox edilib. Qeyd edilib ki, ki, gerçəyin ortaya çıxarılması üçün Türkiyə tərəfindən göstərilən bütün yaxşı niyyətlərə baxmayaraq, İstanbula səfər edən Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Muaciblə görüşlərdən konkret nəticə əldə etmək mümkün olmayıb. Açıqlamaya görə, cinayətdə şübhəli bilinən şəxslərin Türkiyədə mühakimə olunması barədə Ankaranın tələbi Səud əl-Muaciblə görüşlərdə təkrarlanıb.

Qeyd edək ki, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülüb.

 

 

Bu gün isə Türkiyənin “Sabah” qəzetində Abdurrahman Şimşək yazıb ki, Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülməsindən tam 9 gün sonra səudiyyəlilər Qaşıqçının cəsədindən xilas olmaq və dəlilləri yox etmək üçün İstanbula bir kimyaçı və bir toksikoloji mütəxəssis göndərib.

Onun sözlərinə görə, oktyabrın 11-də Türkiyəyə gələn 11 nəfərlik qrupun içində kimyaçı Əhməd Əbdüləziz Aljanobi və toksikoloji mütəxəssisi Xalid Yəhya Al-Zahrani də olub. Qrup cinayətin araşdırılması üçün deyil, cinayətlə bağlı dəliləri yox etmək üçün gəlib. Onların oktyabrın 12-dən etibarən tam bir həftə boyunca İstanbul Baş konsulluğuna getdiyi bildirilir.

Aljanobi və Al-Zahrani İstanbulun Beşiktaş rayonunda lüks bir oteldə qalıb. Onlar 9 nəfərlik heyətlə oktyabrın 20-də Türkiyədən ayrılıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam