Yenixeber.org: Erməni KİV-lərində dərc edilmiş xəbərə görə, 50-55 yaşlarında olan kişi hökumət binasının qarşısında üzərinə benzin töküb. Yaxınlıqda olan insanlar alovu söndürsələr də, kişinin üzü və bədəni yanıb.
Həkimlərin sözlərinə görə, 2 və 4-cü dərəcəli yanıq xəsarətləri alan şəxsin bədəninin 57%-i yanıb. Ölkənin baş naziri Nikol Paşinyan xəstənin yerləşdirildiyi yanıq mərkəzində olub. O, feysbuk hesabında yaralının vəziyyətinin ağır olduğunu, hadisəyə görə təəssüfləndiyini qeyd edib.
Hadisənin səbəbləri araşdırılır.