Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

Qarabağ müharibəsi veteran özünə qəsd etməsinin səbəbi bəlli oldu


 

   

     Daha bir Qarabağ müharibəsi veteranı özünü yandırıb.

 

"Xeberinfo.com": Bu barədə biz bir neçə saat öncə məlumat vermişdik. İndi isə hadisənin təfərrüatları barədə məlumat verək. Xatırladaq ki,  Xəzər rayon Prokurorluğundan vesti.az-a verilən məlumata görə, hadisə iyulun 21-də Buzovna qəsəbəsi, Telman küçəsi 24 ünvanında baş verib. 1971-ci il təvəllüdlü Coşqun Eyvaz oğlu Nuriyev qohumlarının gözü önündə üstünə benzin tökərək özünü yandırıb. Qohumları yanğını söndürsələr də, C.Nuriyevin həyatını xilas etmək mümkün olmayıb.

O, hadisədən 8 saat sonra xəstəxanada vəfat edib.

Prokurorluqdan verilən məlumata görə, C.Nuriyev evli olmayıb: “İlkin araşdırmalara əsasən Nuriyevin subay olduğu məlum olub. Heç yerdə işləməyən veteran bir müddətdir qohumları ilə yaşayırmış. O, Qarabağ müharibəsi iştirakçısı olub. Bu da onun psixologiyasında izlər qoyub”.

Dünən biz Qarabağ veteranının ölüm səbəblərini araşdırmağa başlayarkən daha bir intihar xəbəriylə üz-üzə qaldıq. Bu şəxs də Qarabağ müharibələrində döyüşüb. Əli Ənvər oğlu Həsənov da özünə qəsd edənə qədər Buzovna da yaşayırmış. Məlumatı Xəzər rayon prokurorunun köməkçisi İlqar Hacızadə də təsdiqləyib. O, “anspress”ə bildirib ki, hadisə iyulun 21-də Buzovna qəsəbəsi Ordubadi küçəsi 29 ünvanında baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Əli Ənvər oğlu Həsənov üzərinə benzin tökərək özünə od vurub. Hadisə insanların gözü qarşısında baş verib. Dəhşətli hadisədən sonra Əli Həsənovun bədəni bütünlüklə yanıb. Ağır yanıq xəsarətlərilə xəstəxanaya aparılarkən Ə.Həsənov yolda ölüb.

“Nə ailəsi olub, nə evi, nə də valideynləri. Qohumlarının evində qalırmış. Hərə onu evində bir gün növbə ilə saxlayırmış”, - deyə İlqar Hacızadə bildirib.

Qeyd edək ki, Əli Həsənov Qarabağ müharibəsi iştirakçısı alıb. Döyüşlərdə kontuziya alıb. Ə.Həsənov evi, ailəsi olmayıb.

Göründüyü kimi bir qəsəbədə eyni gündə və təxminən eyni saatlarda iki müharibə veteran özünə qəsd edib. Düşündük ki, məlumatlar yaylarkən bir az tələskənliyə yol verilib. İntihar edilən şəxsin adı mətbuata dəqiq verilməyib. Odur ki, 5 saylı xəstəxanın yanıq şöbəsiylə əlaqə saxladıq. Növbətçidən bildirdilər ki, Buzovna qəsəbəsinin sakini, Qarabağ müharibəsi veteran xəstəxanada dünyasını dəyişib. Dediklərinə görə, həmin şəxs intihar edib. Ancaq özünə qəsd edən şəxs nə Coşqun Nuriyevdi, nə də Əli Həsənov. üzərinə benzin tökərək intihar edən mərhum Mehman adlı şəxsdi.

Beləliklə, biz bir gündə üç intiharla, üç Qarabağ döyüşçsünün özünə qəsd etməsi xəbəriylə üz-üzə qaldıq.

Buzovna qəsəbəsində yaşayan adamlarla əlaqə saxladıq. Sakinlər yalnız yayılan məlumatlardan birini - Əli Həsənovun intihar etmə xəbərini təsdiqlədilər. Bildirdilər ki, Əli Həsənovun evi yox imiş, qohumlarının mənzilində qalırmış.

“Mənə qonşular dedilər ki, bir Qarabağ veteran üzərinə benzin töküb yandırıb. Tez Təcili Yardıma zəng etdim. Sonra öyrəndim ki, özünəqəsd edən şəxs Əli Həsənov imiş. Evi, ailəsi yox idi, qohumlarının evində qalırdı. Onlar da bizə qonşudular”, - deyə Əli Həsənovun qohumlarının qonşusu bizə bildirdi. Ondan həmin evin nömrəsini aldıq. Dəstəyi qaldıran şəxs özünü gözətçi kimi təqdim etdi. Heç bir sualımıza cavab verə bilməyəcəyini dedi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam