Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İsrail gizli şəkildə Suriya müxalifətini silahlandırır

 

İsrail gizli şəkildə Suriya müxalifətini silahlandırır
İsrail Suriya ilə sərhəddinə yaxın rayonlarda İran qüvvələrinin və terrorçuların mövqe almasına mane olmaq üçün Suriyanın cənubundakı silahlı müxalifətə gizli şəkildə sponsorluq edərək onları silahlandırıb.
 Yenixeber.org: Bu barədə nüfuzlu “Foreign Policy” jurnalı Suriyamüxalifətinin onlarla komandanının ifadəsinə istinadən yazıb. Qeyd olunur ki, suriyalı müxalifətin minimum 12 qrupu son illər ərzində İsraildən silah və maliyyə dəstəyi alıb. Müxalifətin İsraildən aldığı silahlara pulemyotlar, snayper tüfəngləri, minaatanlar, tranzit avtomobilləri və digər sursatlar daxildir. İsrailin güc strukturları bu silahları mübahisəli Colan təpələri ilə Suriyanı birləşdirən 3 məntəqə vasitəsilə ötürüblər. Silahların sonuncu təhvil verilməsi isə iyulda baş tutub.

“Foreign Policy” bildirir ki, İsrail suriyalı müxalifət döyüşçülərinə maaş formasında aylıq təqribən 75 ABŞ dolları ödəniş edir.

Qeyd edək ki, həftənin əvvəlində İsrail hökumətinə yaxın “Jerusalem Post” qəzetinin saytı “Ordu təsdiqlədi: İsrail suriyalı üsyançılara silah verib” başlıqlı xəbər vermişdi. Xəbərdə İsrail ordusu rəsmilərinin keçirdiyi brifinqdə SuriyaPrezidenti Bəşər Əsədi devirməyə çalışan terrorçulara hərbi dəstək verdiklərini rəsmi şəkildə təsdiqlədikləri deyilib. Lakin üstündən bir qədər keçməmiş “Jerusalem Post” xəbəri saytından çıxarıb. Lakin jurnalist Ben Norton xəbər silinməzdən əvvəl onu skrin edib və daha sonra sosial şəbəkədə paylaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam