Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Mossad" suriyalı alimə qarşı sui-qəsd etdi- İDDİA

 

"Mossad" suriyalı alimə qarşı sui-qəsd etdi - İDDİA
Rəsmi Dəməşq İsraili Suriyanın Elmi İşlər və Tədqiqat Mərkəzinin raketlərin hazırlanması üzrə mütəxəssisi, suriyalı alim Əziz Əsbara qarşı sui-qəsddə ittiham edib.
Yenixeber.org: Suriyanın SANA dövlət agentliyi xəbər verir ki, Əsbar avqustun 5-də Hama əyalətindəki Masyaf kəndində partlayıcı qurğunun maşınını hədəf alması nəticəsində həlak olub. 

“Washington Post” yazır ki, ABŞ kəşfiyyatı uzun illərdir ki, alimin işlədiyi Mərkəzin Suriyada kimyəvi silahlar hazırlanması proqramına bağlı olduğunu bildiriblər. İsrail hərbi təyyarələri isə son bir il ərzində ən azı 2 dəfə həmin Mərkəzin müəssisələrini hədəfə alıb. 

Dəməşq iddia edir ki, Əsbarı İsrailin kəşfiyyat orqanı “Mossad” qətlə yetirib. Alim bundan əvvəl 2 sui-qəsd cəhdindən sağ çıxa bilib. “al-Watan” qəzeti isə yazıb ki, Əsbar Suriyanın müdafiə sistemləri üzrə olduqca vacib iş həyata keçirməsinə görə öldürülüb. 

İsrail hökuməti isə Dəməşqin bu ittihamına şərh verməkdən imtina edib.

Lakin bu gün “New York Times” Yaxın Şərqdəki kəşfiyyat orqanının anonim rəsmisinə istinadən yazıb ki, suriyalı alimin qətlində həqiqətən də İsrail məsuliyyətlidir. Qəzetin verdiyi məlumata əsasən, Əsbar yüksək dəqiqlikli raketlərin hazırlanması üçün İranın Qüdsxüsusi hərbi qoşunlarının komandanı, generalı Qasım Süleymani ilə əməkdaşlıq edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam