Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Millət vəkili Ramilin qələbəsindən yazdı:inanılmaz...

 Ramil Quliyevin yarışını izlədim. Fərqi yoxdur, Türkiyə adına çıxış həm də bizim adımıza çıxışdır. İnamlı qələbə qazandı. Bu, atletizmdə bizim üçün inanılmaz bir göstəricidir. Təəssüf ki, bu cür yarışlarda Azərbaycanın izi-tozu yoxdur.

Yenixeber.org: Bu sözləri millət vəkili Fazil Mustafa azərbaycanlı atlet Ramil Quliyevin Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanmasına münasibət bildirərkən deyib. O, idmanı təbliğ etmək üçün məktəbin, infrastrukturun və təbliğatın olmamasından şikayətlənib:

“Üzgüçülük ənənəsi olmadığına görə necə kütləvi şəkildə dənizdə, göldə boğuluruqsa, eləcə də nə disk, nə nizə ata bilirik, qaçmamız və tullanmamız da heç yox. Cəhalətə doğru qaçış olsaydı, dünyada bizə çatanmı olardı? Heç olmazsa Ramilin qələbəsindən həvəslənib bundan sonra atletizmə diqqət yetirmək olar. Övladlarınızı idmana yönəltməkdən çəkinməyin, təhsildən yayındırmayın. Ramilin müsahibəsi də səviyyəli və anlamlı idi. Bir sözlə, beşdə beşlik bir obraz. Bir daha bu qəhrəman vətən övladını həm də Azərbaycanda dəyər verilmədiyində məhz Türkiyəni seçdiyinə görə təbrik edirəm”.

Qeyd edək ki,Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb. 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb və finişə 19,76 saniyəyə çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam