Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ramil Quliyev kimdir: Sön sözü İlham Əliyev dedi!

Ramil Quliyev kimdir: Sön sözü İlham Əliyev dedi!

 

Xəbər verdiyimiz kimi, Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatının qalibi azərbaycanlı atlet Ramil Quliyev olub. Bir neçə il əvvəl Azərbaycanda küsdürülən və Türkiyəyə köçən həmyerlimiz 200 metr məsafəyə qaçış yarışlarında hamıdan gücü olub. Bununla da o, Türkiyəyə 94 illik tarixində ilk dəfə Dünya Atletika Çempionatının qızıl medalını qazandırıb.

Yenixeber.org: Useyn Bolt kimi dünya rekordçusunun 8 illik hegemonluğuna son qoyan Ramilin uğuru diqqətdən kənarda qalmayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım həmyerlimizi dərhal təbrik edib. Türkiyə ictimaiyyəti bu uğurdan qürürla bəhs edir. Azərbaycan prezidenti İlham Əliyev də azərbaycanlı balasının bu uğuruna biganə yanaşmayaraq ona təbrik məktubu göndərib. Dövlət başçısı Azərbaycanın onunla fəxr etdiyini bildirib.

Ramil Quliyev Azərbaycandan niyə getdi?

Dünya çempionu olan atletin ölkədən küsüb getməsinin əsas səbəbkarı Azərbaycan Atletika Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hesab olunur. Bildirilir ki, o, şəxsi ədavətinə görə Ramilin yığmadan sıxışdırılıb çıxarılmasına nail olub. Çingiz Hüseynov bir neçə il əvvəl verdiyi müsahibədə bunları demişdi: 

“Bilirsiniz, bu məsələnin medianı bu dərəcədə maraqlandırmasının səbəbini başa düşmürəm. Bu insan qaçıb gedib. Fəraridir. Qaçan adam özünə haqq qazandırmaq üçün nə istəsə, deyə bilər. Türkiyə tərəfdən kimsə onu hər hansı formada qıcıqlandıra, nə isə deyə bilər. Dediyi sözlər isə mənim üçün heç bir əhəmiyyət daşımır. Hesab edirəm ki, ümumiyyətlə, məsələni bu dərəcədə şişirtməyin əhəmiyyəti yoxdur. Yenə deyirəm: Bu adam sadəcə, fəraridir. Bu adam əsgərlikdə qulluq etməlidir. Ola bilər ki, bu, gözünün qabağına gəlib və qaçıb. Bu adam təhsil aldığı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını atıb-qaçıb. 4-cü kursda təhsil aldığı halda, qış semestr imtahanlarını verməyib. Gəlib xahiş etsin ki, buna icazə verək, gedib Türkiyə klubunda çıxış etsin, sonra da Azərbaycan yığmasından imtina etsin. Bunlar əvvəlcədən planlaşdırılmış işlər idi. Bir əsas məqam da var ki, bu adam Türkiyəyə yollandığı 2010-cu ildə Azərbaycan yığmasının heyətində bir rəsmi yarışda belə iştirak etməyib. Müxtəlif bəhanələr gətirib. Əsasən, sağlamlığından şikayətlənib. Sonradan isə onun kommersiya yarışlarında iştirak etməsindən xəbər tutmuşuq. Bakıda ola-ola Avropa çempionatından imtina edib, lakin bir həftə sonra kommersiya turnirlərinə qatılıb. Bu da onun bir ölkə yığmasından digərinə keçmək üçün Beynəlxalq Olimpiya Komitəsinin qoyduğu ən azı 3 illik fasilə müddətini daha tez başa vurmaq istəyini sübuta yetirir. O, qayıtsa da, qəbul etməyəcəyik. Bu adam qaçıb, fəraridir. Fərari ilə nə etmək olar? Hara qayıdır o? Bilir ki, qayıtsa, əsgərliyə getməlidir. İndi də durub bu məsələ ətrafında ajiotaj yaratmaq lazım deyil. O, göydən düşməmişdi, Azərbaycanda yetişmişdi, azərbaycanlı məşqçilər yetişdirmişdi. Yenə ölkəmizdə yeni, ondan da yaxşı idmançılar yetişəcək. Allah qoysa, daha güclü atletlərimiz olacaq. Amma bir adam ki, qaçmaq istəyir, onu zorla saxlamağın adı yoxdur".

Çingiz Hüseynzadənin fərari dediyi Ramil Quliyev ötən axşam Londonda - bütün dünyanın gözləri önündə sözün əsl mənasında qovulduğu vətəninin bayrağına sarılıb Azərbaycan məmurlarına dərs keçdi. 

Çiniz Hüseynzadə kimi gənclər və idman naziri Azad Rəhimov da hər zaman Ramili ittiham edib. Hətta nazir onun "həyata keçirilməsi mümkün olmayan tələblər" irəli sürdüyünü demişdi: 

"Ramil hər ay 5000 dollar maaş tələb etdi. Bir də mənzil istədi. Biz də ona dedik ki, sənin bu günə qədərki ən böyük uğurun Avropa gənclər çempionluğudur. Sən əvvəl özünü göstər, qazancın da ona görə artacaqdır. Amma o asan yoldan daha çox pul qazanmaq yolunu seçdi".

Nəticədə bizim məmurların etmədiyini Türkiyə etdi və bu gün Ramil Quliyev Türkiyə idman tarixinin ən böyük uğurlarından birinə imza atmış oldu.

Azərbaycanın qadağası


Azərbaycan Atletika Federasiyası tərəfindən Quliyev barəsində IAAF-a şikayət edilib və başqa bir ölkə adına yarışa çıxacağı halda o, vətəndaşlıqdan çıxarılacağı ilə təhdid edilib. Hətta onun Azərbaycana daxil olanda həbs olunması tələbi də irəli sürülüb. O dövrdə Quliyev 2012 London Olimpiya Oyunlarında Türkiyə adına yarışa bilməyib. Azərbaycanın qoyduğu qadağa 2013-cü ilin aprelində bitib və Quliyev yenidən Türkiyə formasıyla yarışlara qatılmağa başlayıb.

Ramil Türkiyə adına ilk böyük yarışına 2015-ci ildə Pekində keçirilən Dünya Atletika Çempionatı zamanı çıxıb. Burada 200 metr finalında 20.11 saniyəlik dərəcəsiylə 6-ci olan Quliyev, həmin il Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan IAAF World Challenge turnurində 200 metri 19.88 saniyəyə qaçaraq Türkiyə rekordunu qırıb. O, 2016 Rio olimpiya Oyunlarında isə gözlədiyi uğuru qazana bilməyib, belə ki, o 20.43 saniyəlik dərəcəylə 8-cu sırada yer alıb. Bu il isə o, Dünya Atletika Çempionatında önəmli rəqiblərini geridə buraxaraq 20.09-luq dərəcəsiylə qızıl medalı qazana bilib.

Artıq məsələni qapanmış hesab etmək olar. Son sözü prezident İlham Əliyev deyib və Ramil Quliyevlə fəxr etdiyimizi bilidirib: 

"İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan. Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan. Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam