Azərbaycan, Venesuela və Çin komandaları "Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində "Tank biatlonu” müsabiqəsinin üçüncü günündə qələbə qazanıblar. 
 
Yenixeber.org: Bu barədə müsabiqənin baş hakimi Roman Binyukov bildirib.
Venesuela ekipajı ilk yürüşün qalibi olub: finişə 25 dəqiqə 42 saniyəyə çatıb.
İkinci yürüşdə Çin tankçıları uğur qazanıblar.
Üçüncü yürüşdə tankodroma CAR, Zimbabve, Azərbaycan və Hindistan yığmaları çıxıb.
Azərbaycan tankının ekipajı qalib gəlib. Hindistanlılar ikinci, zimbabvelilər – üçüncü, CAR hərbçiləri isə dördüncü olublar.