Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Deputata məxsus çoxmərtəbəli bina sökülür

 

ayazIMAG0638

    Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucova məxsus olduğu bildirilən obyekt sökülür

     "Xeberinfo.com": Modern.az saytının məlumatına görə, sökülən çoxmərtəbəli bina metronun “Koroğlu” stansiyasının yaxınlığında, Ziya Bünyadov prospektində yerləşir.

Hadisə yerində olan əməkdaşımıza bildirilib ki, çoxmərtəbəli binanın sökülməsinə səbəb burada yeraltı tunel və yol qovşağının inşası ilə bağlıdır.

Qeyd edək ki, sözügedən binada “İndesit”, “İspaniolla” və daha bir neçə xarici firmanın Azərbaycandakı distryübüter şirkəti, məişət avadanlıqları, mebel və digər mağazalar şəbəkələri yerləşirdi.

Yeri gəlmişkən, sökülən obyekt iki il öncə yüksək səviyyədə təmir olunmuşdu.

Ayaz Orucov 81 saylı Beyləqan seçki dairəsindən deputat seçilib. O, uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb. 2003-cü ilin mayında A.Orucov həmin vəzifədən çıxarılıb.

ayazIMAG0638download (1)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam