Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Adəm Məmmədov vəkillik fəaliyyətini dayandırdı:"Bu barədə mənə müraciət etməyin"



“Praktiki-peşəkar vəkillik fəaliyyətimdən tam kənarlaşıb, sırf hüquq sahəsində elmi fəaliyyətə başlamağı vacib bildim. Düşünürəm ki, təcrübəm, araşdırmalarım və dunyagörüşüm, eləcə də dəyərli çevrəm bu sahədə mənim uğur qazanacağıma daha da inam verir”.

Yenixeber.org: Bu sözləri tanınmış vəkil Adəm Məmmədovsosial şəbəkədəki səhifəsində yazıb.

O,  vəkillik fəaliyyəti dövründə qazandığı uğurlar zamanı həmişə yanında olanlara təşəkkür edib: “Sizlərə təşəkkürümü bildirirəm, çox vaxt ən azı sadəcə sözlə göstərdiyiniz münasibəti yaxından hiss etmişəm, bəzən gərgin dövrlərdə həssas və duyarlı davranışınızla yanımda olduğunuzu hiss etdirmisiniz. Sizdən razıyam və minnətdaram.

Məncə, hər bir insan qarşısına kiçik məqsədlər yox, böyük hədəflər qoymalıdır ki, o, hədəfin zirvəsinə çatanda, yorğunluğun dadını belə çıxara bilsin. Təvфzökarlıqdan kənar da olsa, düşünürəm ki, hüquq sahəsində həm sözümü demişəm, həm də eşidilmişəm. Çalışmışam, boşuna, havaya söz danışmayam. Tək altı il ərzində aldığım qırxadək bəraət hökmü dediklərimin sübutu üçün yetər”.

Adəm Məmmədov bildirib ki, hüquq sahəsində həmvətənlərini maarifləndirmək üçün “Lider” TV – də rəhbəri, müəllifi və aparıcısı olduğu “Hüquq və Ədalət” adlı layihəni həyata keçirib, eyni zamanda ictimai fəaliyyəti kimi Qanunla.az və Fakttv.com saytlarını yaradıb: Bütün bunları sadalamaqda məqsədim odur ki, gəldiyim qərar düzgün anlaşılsın. Yəni bu sahədə qarşıma qoyduğum hədəf dəf edilmişdir. Bu gündən sonra hədəfim hüquq sahəsinin elmi araşdırması olacaq. Sözün düzü, bu sahəni də sizin üçün maraqlı etmək məqsədi ilə dedektiv-kriminal janrda başladığım maraqlı əsərimi tamamlayıb, sizlərə təqdim etmək fikrim var”.

Sonda vəkil xatırladıb ki, daha vəkil kimi icraatına heç bir iş qəbul etmir: “Bu barədə mənə müraciət etməyin. Hazırda sırf icraatımda olan işlərin tamamlanması ilə məşğulam”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam